Vətəndaşlığı və şəxsiyyəti təsdiq edən müvafiq sənədləri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşılığına mənsubiyyətini müəyyən etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. 1 ədəd ərizə anket
2. 2 ədəd rəngli foto-şəkil (3x4 sm ölçüdə);
3. Olduğu təqdirdə şəxsiyyəti təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə, Forma A kartı, nikah haqqında şəhadətnamə, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.)
3. Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz (30$) (Dövlət rüsumu haqqında qanun, Maddə 16.4.1.2);
Pasportu itmiş, yararsız hala düşmüş və ya pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Səfirlik tərəfindən müvafiq qayıdış şəhadətnaməsi rəsmiləşdirilə bilər:
1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə: pasportun əsli;
2. Pasportu itdikdə və ya oğurlandıqda:
- Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən biri (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi);
-Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;
- Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 40 avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında qanun, Maddə 16.1.3).