2019-07-19
Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyində Polyak Memarları Azərbaycanda adlı poçt markalarının təqdimatı keçirilmişdir.

19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyində Polyak Memarları Azərbaycanda adlı poçt markalarının təqdimatı keçirilmişdir. Adıçəkilən markalar XIX əsrdə Azərbaycanda yaşayıb fəaliyyət göstərən, bir çox əhəmiyyətli binaların müəllifi olan polyak memarlarına həsr edilmişdir. Polyak memarları Azərbaycanda adlı poçt markaları Azərbaycan Respublikasının Polşadakı səfirliyinin təşəbbüsü əsasında, Polşa Poçtu və Azərmarkanın birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir.

Cari ilin 31 may tarixində Azərbaycana rəsmi səfəri çərçivəsində Polşa Respublikasının Prezidenti Andjey Duda və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkələrimizin mədəni və tarixi irsini əks etdirən poçt markalarını qarşılıqlı olaraq təqdim ediblər.

növbəti xəbər əvvəlki xəbər