İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan-Polşa münasibətləri

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat:

Polşa 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımışdır. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur. Polşanın Azərbaycandakı səfirliyi 23 avqust 2001-ci ildə fəaliyyətə başlamışdır. 30 avqust 2004-cü ildə Azərbaycanın Polşada səfirliyi açılmışdır. Hazırda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovdur. Polşa Respublikasının Azərbaycan Respublikasında səfiri Marek Tsalkadır.

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:

İki ölkə arasında 40 sənəd imzalanıb.

İmzalanmış sənədlər:

  1. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq və ticarət haqqında Saziş. Varşava, 26 avqust 1997
  2. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya. Varşava, 26 avqust 1997
  3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Polşa Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Varşava, 26 avqust 1997
  4. Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannamə. Varşava, 26 avqust 1997
  5. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında mədəni və elmi əməkdaşlıq haqqında Saziş. Varşava, 26 avqust 1997
  6. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş. Varşava, 26 avqust 1997
  7. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında Saziş. Varşava, 26 avqust 1997
  8. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Varşava, 26 avqust 1997
  9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşa Respublikasının Neft və Qaz Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu. Bakı, 27 oktyabr 199
  10. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası Prezidenti Aleksandr Kvasnevskinin Birgə Bəyanatı. Bakı, 27 oktyabr 1999
  11. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Polşa Respublikası Dövlət Arxivlərinin Baş Direktoru arasında əməkdaşlıq haqqında Saziş. 3 iyun 2003
  12. zərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş. Varşava, 30 mart 200
  13. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş. Varşava, 30 mart 2005
  14. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş. Varşava, 30 mart 2005
  15. Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Varşava Şəhəri (Polşa Respublikası) arasında dostluq və əməkdaşlıq haqqında Protokol. Varşava, 30 mart 2005
  16. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu. Varşava, 30 mart 2005
  17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Polşa Respublikasının İqtisadi İşlər və Əmək Nazirliyi arasında əmək bazarı sahəsində əməkdaşlıq haqqında Memorandum. Varşava, 30 mart 2005-ci il
  18. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Polşanın Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum. Varşava, 30 mart 2005
  19. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın I iclasının Protokolu. Varşava, 11-12 sentyabr 2006 
  20. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Polşa Respublikasının Xarici İşlər Nazirliyi arasında 2007-2008-ci illər üçün Avropaya İnteqrasiya üzrə əməkdaşlıq haqqında Memorandum. Bakı, 1 mart 2007
  21. Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 30 mart 2007
  22. Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü ilə bağlı məsələlər üzrə əməkdaşlıq haqqında Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin və Polşa Respublikasının iqtisadiyyat və sənaye nazirinin Bəyanatı. Bakı, 8 noyabr 2007
  23. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın II-ci iclasının Protokolu. Varşava, 8 sentyabr 2007 
  24. Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Varşava, 26 fevral 2008
  25. 26 avqust 1997-ci il tarixində Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında Sazişə düzəlişlər edilməsi haqqında Protokol. Varşava, 26 fevral 2008
  26. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Polşa Televiziyası arasında Əməkdaşlıq Sazişi. Varşava, 26 fevral 2008
  27. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Varşava, 4 iyun 2008
  28. Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi. Bakı, 2 iyul 2009-cu il
  29. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın III-cü iclasının Protokolu. Varşava, 13-14 may 2009
  30. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün Əməkdaşlıq Cədvəli. Bakı, 2 iyul 2009 
  31. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın IV-cü iclasının Protokolu. Bakı, 24 noyabr 2010-cu il
  32. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş. Bakı, 25 iyul 2011-ci il.
  33. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Naziri arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı. Bakı, 25 iyul 2011-ci il.
  34. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Naziri arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 25 iyul 2011-ci il.
  35. AR-in Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və PR-in Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 29 noyabr 2011-ci il;
  36. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və Polşa Xəbər Agentliyi (PAP) arasında qarşılıqlı xəbər mübadiləsinə dair Anlaşma Memorandumu. Varşava, 25 aprel 2012-ci il
  37. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclasının Protokolu. Varşava, 27 noyabr 2012-ci il. (Azərbaycan dilindəki mətn imzalanmamışdır)
  38. AR Hökuməti və PR Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş. Bakı, 13 noyabr 2013-cü il
  39. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə KNF - Polşanın Maliyyə Nəzarəti Agentliyi arasında ikitərəfli əməkdaşlıq haqqında Memorandum. Bakı, 21 may 2014.
  40. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş. 20 may 2015, Varşava 

Əsas yüksək səviyyəli səfərlər və görüşlər

Dövlət başçıları səviyyəsində:

25-28 avqust 1997-ci il   AR Prezidenti cənab Heydər Əliyevin rəsmi səfəri
27-29 oktyabr 1999-ci il Aleksandr Kvasnevskinin rəsmi səfəri
27-28 aprel 2004-cü il AR Prezidenti cənab İlham Əliyevin Avropa iqtisadi sammitində iştirak etmək məqsədi ilə Polşaya səfəri
30-31 mart 2005-ci il AR Prezidenti cənab İlham Əliyevin rəsmi səfəri
15-17 may 2005-ci il  AR Prezidenti cənab İlham Əliyevin Varşavada Avropa Şurasının üçüncü Sammitində iştirak etmək məqsədilə Polşaya səfəri
30-31 mart 2007-ci il Polşa Prezidenti cənab Lex Kaçinskinin rəsmi səfəri
11-12 may 2007-ci il AR Prezidenti cənab İlham Əliyevin Krakov “Enerji sammiti”ndə iştirak məqsədilə Polşaya səfəri
18-19 iyun 2007-ci il Polşa Prezidenti cənab Lex Kaçinskinin GUAM sammitində iştirak məqsədilə Azərbaycana səfəri
26-27 fevral 2008-ci il AR Prezidenti cənab İlham Əliyevin rəsmi səfəri
12 avqust 2008-ci il Polşa Prezidenti cənab Lex Kaçinski Gürcüstana işgüzar səfər edərkən Gəncəyə gəlmişdir
14 noyabr 2008-ci il Polşa Prezidenti cənab Lex Kaçinskinin 4-cü Bakı Enerji  Sammitində iştirak məqsədilə Azərbaycana səfəri
2-3 iyul 2009-cu il Polşa Prezidenti cənab Lex Kaçinskinin rəsmi səfəri
24-26 iyul 2011-ci il Polşa Prezidenti cənab Bronislav Komorovskinin rəsmi səfəri
28-30 sentyabr 2011-ci il AR Prezidenti İlham Əliyev Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində iştirak etmişdir.

Parlament sədrləri səviyyəsində:

26-27 yanvar  2005-ci  il Auşvits-Birkenau ölüm düşərgəsi məhbuslarının azad edilməsinin  60  illiyi  ilə  bağlı  Osvensimdə  keçirilmiş   tədbirlərdə  iştirak məqsədilə Milli Məclis Sədri cənab M.Ələsgərovun səfəri

8-10 noyabr 2006-cı il Polşa Senatının Marşalı cənab B.Boruseviçin rəsmi səfəri

22 may 2007-ci il  Milli Məclis Sədri cənab O.Əsədovun rəsmi səfəri

18-20 iyun 2008-ci il Polşa Senatının Marşalı cənab B.Boruseviçin AR Parlamentinin 90 illiyi ilə əlaqədar Bakıda keçirilən təntənəli tədbirlərdə iştirak məqsədilə Azərbaycana səfəri

10-12 noyabr 2008-ci il Milli Məclis Sədri cənab O.Əsədovun Polşa Respublikasının yaranmasının 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak məqsədilə Polşaya səfəri

Hökumət başçıları səviyyəsində:

15-16 iyun 2000-ci il "Kütləvi İnformasiya Vasitələri siyasəti" mövzusunda Avropa Baş Nazirlərinin 6-cı Kofransında iştirak etmək məqsədilə Azərbaycanın Baş naziri cənab A.Rasi-zadənin Polşaya səfəri

10 mart 2010-cu il  Polşa Baş naziri cənab D.Tuskun rəsmi səfəri

18 aprel 2010-cu il AR Baş naziri cənab A.Rasi-zadənin təyyarə qəzasında həlak olmuş dövlət xadimlərinin dəfnində iştirak məqsədilə Polşaya səfəri

Nazirlər səviyyəsində:

25-26 noyabr 1998-ci il  Polşa Respublikası xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri cənab B.Geremekin səfəri
17-20 may 2000-ci il  Azərbaycan Respublikası xarici işlər naziri cənab E.Məmmədyarovun rəsmi səfəri
5-6 aprel 2006-cı il  Polşa Respublikası iqtisadiyyat naziri cənab P.Qjeqorj Vojnyakın səfəri
1 mart 2007-ci il  Polşa Respublikası xarici işlər naziri xanım A.Fotıqanın Bakıya rəsmi səfəri
1-2 iyun 2007-ci il Polşa Respublikası daxili işlər naziri cənab Y.Kaçmarekin səfəri
16-20 aprel 2008-ci il Azərbaycan Respublikası milli təhlükəsizlik naziri cənab E.Mahmudovun səfəri
03-05 iyun 2008-ci il Azərbaycan Respublikası daxili işlər naziri cənab R.Usubovun rəsmi səfəri
12-13 iyun 2008-ci il Azərbaycan Respublikası xarici işlər naziri cənab E.Məmmədyarovun rəsmi səfəri
18-20 mart 2009-cu il Azərbaycan Respublikası müdafiə naziri cənab S.Əbiyevin səfəri
25-26 noyabr 2009-cu il  Polşa Respublikası milli müdafiə naziri cənab B.Klixin səfəri
15-20 fevral 2010-cu il Azərbaycan Respublikası müdafiə sənayesi naziri cənab Y.Camalovun rəsmi səfəri
17-19 iyul 2012-ci il Polşa Respublikası xarici işlər naziri cənab R.Sikorskinin rəsmi səfəri

11-12 dekabr 2012-ci il PR xarici işlər naziri cənab R.Sikorski, İsveç Krallığının  xarici işlər naziri cənab K.Bildt və Bolqarıstan xarici işlər naziri cənab N.Mladenov Cənubi Qafqaz regionu ölkələrinə səfəri

17-18 Aprel 2013-cü il AR müdafiə naziri general-polkovnik S.Əbiyevin Polşaya rəsmi səfəri

17 may 2013-cü il AR xarici işlər naziri cənab E.Məmmədyarov Krakovda keçirilən Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı görüşündə iştirak məqsədilə Polşaya səfər etmişdir.

13-15 noyabr 2013-cü il Polşanın nəqliyyat, tikinti və dəniz təsərrüfatı naziri cənab S.Novakın Azərbaycana səfəri baş tutmuşdur.

15 dekabr 2014-cü il AR Prezidenti cənab İlham Əliyev Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri cənab Y.Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

27 yanvar 2015-ci il AR xarici işlər naziri cənab E.Məmmədyarov Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində  iştirak etmək məqsədilə Krakov şəhərinə səfər etmişdir.

27 yanvar 2015-ci il AR xarici işlər naziri cənab E.Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

Parlamentlərarası əlaqələr:

25 oktyabr 2015-ci il tarixində Polşa Respublikasında, 1 noyabr 2015-ci il tarixində isə Azərbaycan Respublikasında parlament seçkiləri keçirilmişdir. Hazırda hər iki parlamentdə işçi qruplarının yaradılması ilə bağlı iş aparılır. Lakin qeyd etmək lazımdır ki, 2010-cu ildə Milli Məclisdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri millət vəkili cənab S.Möhbalıyev, 2012-ci ildə Polşa Parlamentində Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri isə xanım Malqojata Sadurska olmuşdur.

14-18 iyun 2009-cu ildə Polşa Seyminin Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıya səfər etmişdir.

Hökumətlərarası əlaqələr:

2006-cı ildə Hökumətlərarası birgə Komissiya yaradılmışdır.

Azərbaycan Respublikası tərəfindən Komissiyanın həmsədri energetika naziri cənab N.Əliyev, Polşa Respublikası tərəfindən həmsədr 2016-cı ilin mart ayında müəyyənləşəcəkdir.

11-12 sentyabr 2006-cı ildə Varşavada Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyasının I iclası keçirilmişdir.

7-8 noyabr 2007-ci ildə Polşa-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın II iclasıkeçirilmişdir.

13-14 may 2009-cu ildə Polşa-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın III iclası Varşavada keçirilmişdir.

23-24 noyabr 2010-cu ildə Bakıda Polşa-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclası baş tutmuşdur.

24-26 noyabr 2012-ci ildə Varşava şəhərində Hökumətlərarası Birgə Komissiyanın V iclası keçirilmişdir.

15 dekabr 2014-cü il Bakıda Azərbaycan-Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın VI iclası keçirilmişdir.

XİN-lərarası siyasi məsləhətləşmələr:

23-25.10.2000 Varşava

22.06.2001 Bakı

6-7.03.2006 Bakı

22.01.2007 Bakı

3-4.02.2009 Bakı

28-29.10.2009 Varşava

14-17.12.2011 Bakı

11-13.04.2013 Bakı

13-14 fevral 2014 Varşava

17-18 sentyabr 2014 Bakı

6-8 may 2015 Varşava

 

İqtisadi əməkdaşlıq:

İqtisadi əməkdaşlığın əsas sahələri - kənd təsərrüfatı, qida sənayesi, tikinti, enerji, turizm, kimya sənayesidir.

Azərbaycan və Polşa arasında ticarət əlaqələri  (milyon ABŞ dolları)

Ticarət əlaqələri

2006

 

2007

 

 

2008

 

 

2009

 

2010

2011

 

2012

 

2013

2014

2015 yanvar-sentyabr

Ticarət dövriyyəsi

26.54

31.6

122.2

33

31,5

122,6

48,7

56,7

78,6

44,21

İdxal

22.48

27.8

32.1

25,5

25,7

119,5

45,2

46,5

62,3

40,56

İxrac

4.07

3.8

89.1

7,5

5,8

3,1

3,5

10,2

16,3

3,65

Ticarət saldosu

-18.41

-24

57

-18

-19,9

-116,4

-41,7

-36,3

-46

-36,91

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Yenilənib: 29.02.2016