Ümumvətəndaş pasportlarinin rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydalari

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli 686 nömrəli Fərmanına əsasən 1 sentyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportların rəsmiləşdirilməsinə başlanılmışdır. Biometrik pasportların rəsmiləşdirilməsinə keçidlə əlaqədar hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Pasport rəsmiləşdirilməsi məqsədilə Səfirliyə müraciət etmək istəyən şəxslər əvvəlcədən telefon vasitəsilə +48 22 6166728 Səfirliyə müraciət edərək görüş vaxtı (Termin) almalıdır. Konsulluq xidməti ilə çərşənbə axşamı və cümə axşamı günləri saat 10:00-dan 13.00-dək, və cümə saat 11.00-dən 13.00-dək telefon vasitəsilə əlaqə saxlamaq mümkündür.

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

1)ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; 

2)2 ədəd 3x4 ölçüdə fotoşəkil;

3)vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsinin əsli;

4)doğum haqqında şəhadətnamə və ya onun notarial qaydada təsdiq olunmuş surəti;

5) 55 ABŞ dolları dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında Qanun, maddə 16.1.2);

  •  Ödəniş ancaq Millennium Bank və filiallarında edilə bilər.
  • S.W.I.F.T: BIGBPLPWXXX
  • 18 1160 2202 0000 0000 4793 8268 (USD)

6)Konsulluq qeydiyyatı haqqında anket; 

7)Polşa Respublikasının ərazisində yaşayşı icazəsi və onun Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi;

8)18 yaşı tamam olmamış şəxslər üçün pasport alınmasına etiraz etmədikləri barədə

hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi;

9)40 manat məbləğində dövlət rüsumunu və ümumvətəndaş pasportu itirildiyi və ya qəsdən korlandığı hallarda 30 manat məbləğində cəriməni Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bank hesabına ödəyə bilərsiniz. (Dövlət rüsumu haqqında Qanun, maddə 14.1.1.4) İnzibati Xətalar Məcəlləsi, Maddə 331))

https://gpp.az/az (Sayta girdikdən sonra büdcə ödənişləri və daha sonra Daxili İşlər Nazirliyi bölmələrini seçdikdən sonra ödəməni həyata keçirmək mümkündür.)

Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə, yuxarıda qeyd edilən rüsum və cərimələr Bakıda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kassasında ödənilməlidir