Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının KONSULLUQ UÇOTU
Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə müəyyən edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları”na əasən aparılır. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır və ödənişsiz yerinə yetirilir.
Polşa Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Səfirliyinə göndərməlidir:

1. “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası” – bütün bəndlər üzrə  doldurulur və rəngli fotoşəkil yapışdırılr ;

2. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun surəti ;

3. Polşa Respublikasında oturum hüququnu təsdiq edən sənədin surəti (tələbə bileti, karta pobytu və s).