Polşaya təhsil almağa gələn Azərbaycan tələbələri üçün məlumat:
  1. Polşa Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinin binasının giriş divarında quraşdırılmış məlumat lövhəsində təhsil vizası rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər siyahıya uyğun olaraq toplanmalıdır;
  2. Polşa Respublikasının Bakıdakı səfirliyi tərəfindən tələbələrin sənədlərinin qəbulu üçün həftədə iki gün ayrılmışdır;
  3. Polşada təhsil alan tələbə üçün ilk dəfə altı aylıq viza rəsmiləşdirilir;
  4. Tələbə Polşa Respublikasına gəldikdə viza qısa müddətli olduğu üçün Universitetdə (təhsil ocağında) yerləşdikdən sonra viza bitdiyində Polşa ərazisində qanuni yaşamaq üçün iki həftədən gec olmayaraq icazə (karta pobyta) əldə etmək üçün aşağıda qeyd olunan mərhələlərdən keçməlidir:

4.A. www.gov.pl  elektron səhifəsinə daxil olmaq

4.B. Həmin səhifənin üst sol tərəfində yer alan menyudan      Urzędy Wojewódzkie bölməsini seçmək

4.C. Urzędy Wojewódzkie bölməsində tələbənin təhsil aldığı universitetin yerləşdiyi regionu seçmək (məsələn, universitet Varşavadadırsa, Mazowiecki Urząd Wojewódzki w Warszawie  seçilməlidir)

4.D. Həmin səhifənin aşağı sol hissəsində Co robimy bölməsinin Sprawy cudzoziemców bölməsi seçilməlidir.

4.E. Əgər tələbə polyak dilinə üstünlük verirsə, aşağıdakı mərhələlərdən  keçməlidir;

4.E.1. Cudzoziemcy bölməsinə daxil olmalıdır.

4.E.2. Orada zezwolenia na pobyt bölməsinə daxil olub studia i absolwenci bölməsini seçməlidir.

4.E.3. Studia i absolwenci bölməsində onlayn növbədə     sənədləri təhvil vermək üçün gün və saatı təyin edib, seçilməlidir.

4.E.4. Həmin səhifənin 3-cü- Jakie dokumenty muszę złożyć? punktunda Ważne! Zanim przejdziesz dalej, zapoznaj się z dodatkowymi informacjami. daxil olaraq bütün lazımı sənədlərin siyahısı ilə tanış olmaq və oturum kartı  üçün lazım olan forumu yükləmək imkanı vardır.

4.E.5. Tələb olunan sənədləri və doldurduğunuz formu  seçdiyiniz gün və saatda təhsil aldığınız universitetin yerləşdiyi region üzrə voyevodalığa təhvil verməlisiniz.

4.E.6. Sənədlər təhvil verdikdə sizin ümumvətəndaş pasportunuza qırmızı ştamp vurulur və qərarın açıqlanacağı gün bildirilir. Müraciət etdiyiniz voyevodluğun sistemində qərarın açığlanmasını və sənədlərin gedişatını izləmək məqsədi ilə hər bir şəxsə  fərdi şifrə və login verilir.

4.F. Əgər tələbə ingilis dilinə üstünlük verirsə, aşağıdakı mərhələlərdən  keçməlidir;

4.F.1. Sprawy cudzoziemców  səhifəsində Wersje językowe bölməsində For Foreigners seçilməlidir. Elektron səhifə müvafiq olaraq  ingilis dilində olan səhifəyə yönləndirəcəkdir.

4.F.2. IF YOU ARE STAYING IN POLAND AND YOU WANT TO CONTINUE YOUR RESIDENCE AND OBTAIN A RESIDENCE CARD IN CONNECTION WITH WORK, BUSINESS ACTIVITY, STUDIES OR OTHER CIRCUMSTANCES bölməsini seçmək lazımdır.

4.F.3. Həmin səhifədə Studies and graduates bölməsini

seçmək lazımdır.

4.F.4. Studies and graduates səhifəsində müvafiq olaraq lazımi prosedurlar (onlayn növbədə gün təyin etmək, lazım olan sənədlərin siyahısı, oturum kartı  üçün lazım olan forum, oturum kartı ilə bağlı digər məlumatlar) əks olunmuşdur.

4.F.5. Tələb olunan sənədləri və doldurduğunuz formu  seçdiyiniz gün və saatda təhsil aldığınız universitetin yerləşdiyi region üzrə voyevodalığa təhvil verməlisiniz.

4.F.6  Sənədlər təhvil verildikdən sonra sizin ümumvətəndaş pasportunuza qırmızı ştamp vurulur, qərarın açıqlanacağı gün bildirilir. Müraciət etdiyiniz voyevodluğun sistemində qərarın açığlanmasını və sənədlərin gedişatını izləmək məqsədi ilə hər bir şəxsə  fərdi şifrə və login verilir.