2016-07-26
Polşa Respublikasında təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə,

Bildiyiniz kimi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xarici ölkələrə müxtəlif məqsədlər, o cümlədən təhsil almaq məqsədilə uzunmüddətli səfər etmiş vətəndaşlar həmin ölkədə fəaliyyət göstərən Səfirliyin konsulluq bölməsində qeydiyyata durmalıdırlar.

Polşa Respublikasında təhsil alan tələbələrimizin Səfirliyin Konsulluq bölməsində qeydiyyata durması, kontaktların (telefon nömrəsi, e-mail ünvanı) təqdim edilməsi ölkə daxilində ekstremal vəziyyət olarsa və yaranmış hər hansı bir problemin həllində Səfirliyin aktiv iştirakına imkan verir.

Konsulluq qeydiyyatında olmaqla siz həmçinin Səfirlik tərəfindən təşkil edilən tədbirlərə istər iştirakçı kimi qatılmaq və ya təşkilatçı kimi cəlb olunmaq, Polşanın digər ali təhsil ocaqlarında olan tələbələrimizlə, diaspora üzvləri ilə əlaqə yaratmaq imkanlardan faydalana bilərsiz.

Qarşıdan yeni 2016-17-ci təhsil ilinin başlanacağını nəzərə alaraq, yuxarıda qeyd olunan məlumatın Polşaya gələcək yeni tələbələrimizə də çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.

 

Hörmətlə,

 

Səfirlik   

növbəti xəbər