2016-09-01
Cari ilin 31 avqust tarixində Varşava şəhərində ölkəmizə həsr edilmiş sərginin rəsmi bağlanış mərasimi keçirilmişdir.
Cari ilin 31 avqust tarixində Varşava şəhərində ölkəmizə həsr edilmiş sərginin rəsmi bağlanış mərasimi keçirilmişdir. Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plac Bankowy meydanında təşkil edilmiş sərgi 5 iyul – 31 avqust tarixlərində fəaliyyət göstərmişdir. 
Varşavanın ən böyük meydanlarından biri olan Plac Bankowy şəhər mərkəzində yerləşir və eyni zamanda vacib nəqliyyat kəsişməsi rolunu oynayır. Varşavanın tanınmış tarixi turistik məkanlarından biri olan Plac Bankowy meydanını gündəlik olaraq minlərlə insan ziyarət edir.
Azərbaycanın Polşada təbliğinə həsr edilmiş sərgidə ölkəmizin tarixi abidələrinə və müasir memarlığına dair foto şəkillər və təbiət mənzərələri nümayiş etdirilmiş, həmçinin Azərbaycanın əsas turizm istiqamətlərini özündə əks etdirən foto şəkillər də Varşava sakinlərinin diqqətinə təqdim edilmişdir.
Bağlanış mərasimində səfirlik əməkdaşları çıxış edərək sərginin məqsədi, burada nümayiş etdirilən fotolar barədə tədbir iştirakçılarını məlumatlandırmışlar. 
Mazovetsk Voyevodluğunun rəhbəri başçısı Zdzislav Sipyera çıxış edərək sərginin təşkilinə görə səfirliyə təşəkkürünü ifadə etmiş və tərəflər arasında əməkdaşlığın davam və inkişaf edəcəyini ümidvar olduğunu diqqətə çatdırmışdır.

növbəti xəbər əvvəlki xəbər