2016-11-24
Quba rayonunun nümayəndələri Lublin şəhərində keçirilmiş “VEGE Fruit Expo” meyvə-tərəvəz məhsullarının sərgisində iştirak etmişlər

21-24  noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Quba rayonunun icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev və D.Fruits MMC-nin kommersiya direktoru İsaməddin Dəmirov Polşa Respublikasının Lublin şəhərində səfərdə olmuşlar. Səfərdən məqsəd 22-23 noyabr 2016-cı il tarixlərində Lublndə keçirilmiş “VEGE Fruit Expo” meyvə-tərəvəz məhsullarının sərgisində iştirak olmuşdur.

Səfər zamanı Quba rayonunun icra başçısının müavini Nəsrulla Vəliyev Lubelski voyevodluğunun vitse-marşalı (icra başçısının müavini) Qjeqorj Kapusta ilə görüşmüşdür. Görüş zamanı tərəflər kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparmışlar. Azərbaycan Respublikasının nümayəndə heyəti Lubelski voyevodluğunda fəaliyyət göstərən meyvə və giləmeyvə təsərrüfatlarında olmuş, yerli təcrübə ilə tanış olmuşlar.

növbəti xəbər əvvəlki xəbər