2016-12-12
Ümummilli lider Heydər Əliyevin anım günü

9 dekabr 2016-cı il tarixində ümummilli lider Heydər Əliyevin anım günü (12 dekabr) münasibətilə Səfirlikdə tədbir təşkil edilmişdir. Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, həmvətənlərimiz və polşalı qonaqlar iştirak etmişlər.

Tədbirdə çıxış edən Səfirliyin müşaviri Ülvi Baxşəliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, geniş dünyagörüşü, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat vermişdir.

Tədbirdə iştirak edən “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, dilinin və ədəbiyyatının təbliğində göstərdiyi xüsusi diqqət və qayğı, verdiyi mühüm qərarlar haqqında danışmışdır.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər