2017-06-23
Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsi yad edilmişdir

Azərbaycanın Silahlı Qüvvələri günü münasibətilə, Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsi yad edilmişdir. Mərasimdə Azərbaycanın Polşadakı Səfiri cənab Həsən Həsənov, Səfirliyin əmakdaşları və Varşavada olan bir qrup azərbaycanlı gəncin iştirakıyla, Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın məzarı ziyarət edilmiş, məzarı üzərinə əklil qoymuşdur.
Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə, Səfir Həsən Həsənov gənclərə Vəli bəy Yadigarın ömür yolundan bəhs etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər