2018-05-31
Polşa Respublikasının Prezidenti Andjey Dudadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və müstəqil dövlət elan olunmasının 100 illik yubileyi münasibətilə Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi bildirirəm.

Tarixin parlaq səhifələrinə toxunaraq, böyük qəhrəmanlarımızı – general Maçey Sulkeviçin və polkovnik Vəli bəy Yadigarın Polşa və Azərbaycan Respublikasının müstəqilliyinin qurulmasında və gücləndirilməsində mühüm rolu olduğunu xatırlatmaq istərdim. Bizim vəzifəmiz və şərəf işimiz indiki çətin beynəlxalq şəraitdə onların əldə etdikləri nailiyyətləri minnətdarlıqla xatırlamaq və davam etdirməkdir.

Qarşılıqlı faydalı ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi sabitlik və rifah yaradılmasına kömək edir. Polşa və Azərbaycan arasında əsrlər boyu bir çox əlaqələri nəzərə alaraq, bu il Polşa Respublikasının Prezidenti yanında patronaj layihə olan “Milli Oxu”da Bakıda cərəyan etmiş hadisələrə dair Stefan Jeromskinin “Erkən bahar (Przedwiosnie)” mükəmməl bədii əsərinin böyük təqdimatı olacaq.

Əminəm ki, Azərbaycanın inkişafı və rifahını gücləndirmək üçün Sizin göstərdiyiniz səylər ənənəvi dostlar olan Polşa və Azərbaycan arasında əməkdaşlığın daha da intensivləşməsinə və dərinləşməsinə, iqtisadi sahə ilə yanaşı, iki ölkənin ictimaiyyəti arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verəcək.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikasına rəhbərlik etməkdə Sizə uğurlar arzulayır, ölkənizin bütün vətəndaşlarına əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Andjey Duda

Polşa Respublikasının Prezidenti

növbəti xəbər əvvəlki xəbər