2018-11-08
Zamoç şəhərində Yozef Pilsudskinin abidəsinin açılışına və H.Sinkeviç adına 2 saylı orta məktəbdə görüşünə dair.

Cari ilin 5 noyabr tarixində Zamosç şəhərində əsas meydanlardan birində Polşa müstəqilliyinin bərpasının banisi sayılan Yozef Pilsudskinin abidəsinin açılış mərasimi keçirilmişdir. Sözügedən abidənin açılış mərasimində merin dəvəti ilə səfir Həsən Həsənov iştirak etmişdir. Qeyd edək ki, Polşanin diplomatik korpusundan heç bir digər səfir tədbirə dəvət edilməmişdir.

Y.Pilsudski Polşanın hərbi, siyasi və dövlət xadimi sayılır. O, 1918-ci ilin 11 noyabr tarixində bərpa edilmiş Polşanın ilk dövlət başçısıdır.

Eyni zamanda Səfir Həsən Həsənov Zamosç şəhərində əməkdaşlıq əlaqələrinin müzakirəsi məqsədilə  H.Sinkeviç adına 2 saylı orta məktəbdə olmuş və həmin məktəbin kitabxanasına səfirlik tərəfindən nəşr etdirilmiş 55 adda kitab hədiyyə edilmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

08 noyabr 2019-cu il

 

əvvəlki xəbər