2019-05-10
Varşava İqsadiyyat və Humanitar Elmlər Universitetində Azərbaycan günü keçirilməsinə dair.

08.05.2019-cu il tarixdə Varşava İqsadiyyat və Humanitar Elmlər Universitetində (University of Economics and Human Sciences in Warsaw) təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən Azərbaycan günü keçirilmişdir.

Universitetin rektoru Maria Sierpinska tədbirdə çıxış edərək demişdir ki, biz harada olmağımızdan asılı olmayaraq, heç zaman soy kökümüzü unutmamalıyıq. Qloballaşan dünyada bəzən bu çətin ola bilər, amma biz hər zaman öz milli kimliyimizi ilə fəxr etməli və onu digərlərinə tanıtmayılıq ki, stereotiplərin öhdəsindən gələ bilək. Azərbaycanlı tələbələrin belə bir tədbir təşkil etməyi çox məmnun edici bir haldır və onların bizim universiteti seçmələrindən çox xoşbəxtəm.

 Daha sonra çıxış edən Azərbaycan Respublikasının Polşa Republikasındakı səfiri Həsən Həsənov  tədbirin təşkilatçılarına, universitetin rektoruna və bütün iştirakçılara təşəkkürünü bildirdi və belə tədbirlərin ölkəmizin tanıtdırılması, Polşa və Azərbaycanın daha da yaxınlaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Həsən Həsənov auditoriyaya səfirlik tərəfindən  Polşa və Azərbaycan   münasibətlərindən bəhs edən, altmışadək kitabın çap edildiyini və bu münasibətləri özündə tərənnüm etdirən çoxsaylı abidələrin ucaldıldığını və xatirə lövhələrinin quraşdırıldığını vurğuladı. Mövzunu davam etdirən səfir hər bir azərbaycanlı tələbənin öz xalqını və dövlətini Polşada tanıtdırıb sevdirmək üçün Polşanı sevməli olduqlarını ifadə etdi. Çıxışının sonunda səfir Həsən Həsənov, Azərbaycanın təbliği işinin hər bir tələbənin mənəvi borcu olduğunu diqqətə çatdırdı.

Çıxışlardan sonra rəsmi təqdimat mərasimi başlandı. Video çarx və fotoşəkillərlə müşayət olunan təqdimatda Azərbaycanın bayrağı, digər dövlət rəmzləri, qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik tarixi, təbiəti və iqtisadi imkanları  barədə məlumat verildi. Təqdimat Qarabağ münaqişəsi barədə məlumatla davam etdirilərək 08.05.2019-cu il tarixində  qədim Azərbaycan şəhəri olan Şuşanın ermənilər tərəfində işğal olunduğu diqqətə çatdırıldı. Sonra auditoriyaya təqdim olunmuş məlumatlar əsasında sorğu keçirilərək, qaliblərə hədiyyələr təqdim olundu.

Tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli musiqi alətləri barədə ətraflı məlumat verildikdən sonra azərbaycanlı tələbələr milli libaslarda çıxış edərək tərəkəmə rəqsini ifa etdilər. Tar müşayəti altında milli mahnılar ifa olundu.

Təqdimat zamanı holda təşkil edilmiş sərgidə azərbaycan haqqında foto ekspozisiya, Azərbaycanı simvolizə edən suvenirlər nümayiş etdirilmişdir. Bununla yanaşı iştirakçılara Azərbaycan şirniyyatı və səfirlik tərəfindən çap etdirilmiş buklet və  çap materialları paylanmışdır. 

                             

növbəti xəbər əvvəlki xəbər