2019-06-03
Varşavada Cavad xan bədii filminin nümayişi keçirilmişdir.

Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illiyi ilə əlaqədar bu il ərzində Azərbaycan Respublikasının Polşadakı Səfirliyi tərəfindən Varşavada Azərbaycan kinosu festivalı keçirilir. Kino festivalı zamanı  aşağıdakı bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur:

1)      “Əli və Nino” bədii filmi

2)      “Cavad Xan” bədii filmi

3)      “Polkovnik” sənədli filmi

4)      “Əbədi Ezamiyyət” bədii-sənədli filmi

5)      “Son İclas” bədii-sənədli filmi

Sözügedən Azərbaycan Kinosu Festivalı çərçivəsində növbəti olaraq Cavad xan bədii filmi cari ilin 30 may tarixində Varşavanın Mədəniyyətin Təbliği Mərkəzində nümayiş etdirilmişdir.

         Filmin nümayişinə giriş sərbəst olmuş və əsasən polyaklardan ibarət çoxlu sayda seyrçi, Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Bədii film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

30 may 2019-cu il

 

növbəti xəbər əvvəlki xəbər