2019-07-31
Xarici ali təhsil müəssisələrinin diplomlarının tanınmasına dair

Xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmək tələb edilir. Ərizələrin qəbulu yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə həyata keçirilir. Qeyd edilən elektron səhifədə tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası ətraflı qeyd olunmuşdur.

Həmçinin https://ani.edu.gov.az/az/faq keçidində digər suallara ətraflı cavab almaq mümkündür.

Habelə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ölkə ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir.

Xarici ali təhsil ixtisaslarının nostrifikasiyasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmək zəruridir.

Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

növbəti xəbər əvvəlki xəbər