2019-07-18
Polşa Olimpiya Komitəsində Azərbaycanda keçirilən 2019 Avropa Gənclər yay Olimpiya Festivalında iştirak etmək üçün seçilmiş Polyak atlet və məşqçilərə nominasiyaların təqdimatı və onların andiçmə mərasimi keçirilmişdir.

18 iyul 2019-cu il tarixində Polşa Olimpiya Komitəsində Azərbaycanda keçirilən 2019 Avropa Gənclər yay Olimpiya Festivalında iştirak etmək üçün seçilmiş  Polyak atlet   və məşqçilərə nominasiyaların təqdimatı və onların andiçmə mərasimi keçirilmişdir.  Olimpiya Komitəsi rəsmilərinin iştirakı ilə keçiriən tədbirdə Azərbaycan Respublikasının Polşadakı Səfirliyi də təmsil olunmuşdur.

Tədbirdə çıxış edən Olimpiya Komitəsinin prezidenti Andjey Krasnitski festivalın Bakıda keçirilməsinin çox əlamətdar bir hadisə olduğunu və Azərbaycanda bundan əvvəl də bu kimi tədbirlərin yüksək peşəkarlıqla təşkil olunub keçirildiyini bildirmişdir. Birinci Avropa Olimpiya Oyunları İnaquarsiya mərasimini xüsusi qeyd edən Andjey Krasnitski möhtəşəm açılş səhnələrinin bu günədək onun xatirələrində canlandığını vurğulamışdır. Sonra tədbir iştirakçılarına təşəkkür edən komitə rəhbəri  festivalda 8 idman növü üzrə Polşanı təmsil edəcək yüz bir gənc idmançı, qırx bir nəfər həkim və məşqçilərdən ibarət olan heyyət üzvlərinə uğurlar arzulamışdır.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan barədə video çarx nümayiş etdirilmiş və xatirə şəkilləri çəkdirilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər