2019-10-18
Azərbaycanın təqdim etdiyi video çarx “Ölkənin ən yaxşı təbliği filmi” nominasiyası üzrə qalib seçilmişdir.

Cari ilin 17 oktyabr tarixində Varşava şəhərində 14-cü FilmAT turizm festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfini Azərbaycan Turizm Agentliyinin marketinq üzrə direktoru xanim Fidan Əliyevaya təmsil etmişdir.

Festivalda müxtəlif nominasiyalar üzrə 75 qalib müəyyənləşdirilmişdir. Azərbaycan tərəfi festivalda “Azerbaijan: Take another look” (Azərbaycan: Başqa bir baxış) adlı turistik video çarx ilə təmsil olunmuş və “Ölkənin ən yaxşı təbliğ filmi” nominasiyası üzrə qalib seçilmişdir. Qeyd edilən video çarx Azərbaycan Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanmışdır. Sözügedən mükafat xanim Fidan Əliyevaya təqdim edilmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

18 oktyabr, 2019-cu il

növbəti xəbər əvvəlki xəbər