2019-12-20
2019-2020-ci il yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi tərəfindən Polşanın ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçirilmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasında Səfirliyinin müşaviri Mehriban Səmədova Varşavada yerləşən Lazarski Universiteti, Donbrova Qorniçada və Qdanskda Biznes Akademiyası (Akademia WSB), Krakovda Yagellon Universiteti, Lublində Mariya Sklodovska Küri Universiteti, Vrotslav Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşmüş, tələbələrin təhsil prosesi və yaşam şəraiti ilə bağlı fikir mübadiləsi aparmış və onların müvcud problemlərinin həlli yolları təhsil ocaqlarının rəhbərləri ilə görüşlərdə müzakirə edilmişdir.

əvvəlki xəbər