2020-03-13
Polşa Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının

DİQQƏTİNƏ

Son günlərdə Polşa ərazisində karonovirusa (COVID-19) yoluxanların sayında artımın qeydə alınması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi ölkə vətəndaşlarına mümkün qədər bütün şəxsi gigiyenik qoruma vasitələrindən istifadə etməyi tövsiyə edir.

Səfirlik Polşa ərazisində olan bütün Azərbaycan Respublikası vətəndaşlarından ölkədə baş verənlərlə bağlı Polşa hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edir.

Karonavuris ilə bağlı Polşa hökumətinin məlumat və tövsiyələri ilə https://www.gov.pl/web/koronawirus internet səhifəsindən tanış olmaq olar.

Karonavirusa yoluxma şübhəsi yarandıqda Polşa Milli Səhiyyə Fondunun 800 190 590 telefon nömrəsi ilə əlaqə saxlamaq mütləqdir (Polyak və ya ingilis dillərində).

Polşada 12 mart tarixindən tətbiq edilmiş epidemioloji fövqəladə vəziyyətlə əlaqədar olaraq Səfirliyin konsulluq bölməsi məhdud rejimdə fəaliyyət göstərəcəkdir. Yalnız təcili konsulluq məsələləri ilə bağlı səfirliyin warsaw@mission.mfa.gov.az, müraciət çox təcili olduqda sadiq_babayev@yahoo.com  elektron poçt ünvanına müraciət ünvanlana bilər. Müraciətdə ad, soyad, ünvan və mobil telefon nömrəsi göstərilməlidir.

növbəti xəbər əvvəlki xəbər