2020-04-04
Polşa Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının DİQQƏTİNƏ!

Öncə bildirildiyi kimi, COVİD-19 virusunun Polşa ərazisində yayılması səbəbi ilə Polşa tərəfindən qəbul edilmiş cari epidemioloji vəziyyətə görə viza müddəti bitmiş və Polşanın ərazisini vaxtında tərk edə bilməyən Azərbaycan Respublikası vətəndaşları, xüsusi ilə tələbələr barəsində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi tərəfindən Polşa Respublikasının Xarici İşlər Nazirliyinə müraciət ünvanlanmışdır. Müraciətdə sözü gedən şəxslərin viza müddətinin bitmə halının Polşanın aidiyyəti dövlət orqanları tərəfindən üzrlü hesab edilməsi xahiş edilmişdir.

Bununla əlaqədar cari ilin 3 aprel tarixində Polşa Respublikasının Xarici İşlər Nazirliyindən Səfirliyə cavab notası daxil olmuşdur. Notada bildirilir ki,  2020-ci ilin 31 mart tarixində Polşada qüvvəyə minən qanuna əsasən, SARS-CoV-2 virusunun  yayılması səbəbindən aşağıda qeyd olunan hallarda Polşada qalma müddəti hüquqi olaraq uzadılır.
•       Epidimoloji vəziyyətin qüvvədə olduğu 15 mart 2020-ci il tarixindən sonra  xarici vətəndaşların milli vizası yaxud da müddətli oturum izninin vaxtı bitibsə;
•       Müddətli oturum üçün yerli orqanlara ərizə ilə müraciət vaxtı;
•       Mövcud olan iş icazələrinin, mövsümi iş icazələrinin, habelə sahibkarların xarici vətəndaşları işə almaları prosedurlarının vaxtı;
•       Könüllü olaraq öz ölkələrinə qayıtmaq istəyən xarici vətəndaşların Polşa Respublikası ərazisində qanuni olaraq qalma izinlərinin vaxtı.
Polşada mövcud olan epidemioloji vəziyyətin başa çatdığıının elan edildiyi andan 30 gün ərzində bitmiş vizasının vaxtını uzatmaq üçün və  Polşada müvəqqəti yaşamaq icazəsi üçün müraciət etdikləri təqdirdə xarici vətəndaşların epidemioloji vəziyyət zamanı Polşa Respublikası ərazisində yaşamaları qeyri-qanuni sayılmayacaqdır.

Daha ətraflı məlumatı qeyd olunan internet səhifəsindən polyak, rus və ingilis dillərində əldə edə bilərsiniz.

https://udsc.gov.pl/epidemia-koronawirusa-specjalne-rozwiazania-dla-cudzoziemcow/

növbəti xəbər əvvəlki xəbər