2020-05-15
Polşadan Azərbaycana təxliyyə olunmaq niyyətində olan Polşada yaşayan Azərbaycan Vətəndaşlarının Diqqətinə!!!

Hörmətli həmvətənlər!
Bildiririk ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsi ilə ödənişli əsasda təxliyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların Səfirlik tərəfindən qəbulu müddəti 17.05.2020-ci il 18:00-a qədər artırılmışdır. Aşağıda qeyd edilmiş müvafiq sənədlərin və məlumatların  Səfirliyin warsaw@mission.mfa.gov.az elektron ünvanına gönfərilməsi tələb olunur.
1) Pasportun surəti
2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti
3) Polşada yaşamağı təsdiq edən sənədin surəti
4) Telefon nömrəsi
5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s)
6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti.
7) Polşaya gəlmə tarixi
8) Yerləşdiyiniz şəhər
Hörmətlə,
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi!

növbəti xəbər əvvəlki xəbər