2020-05-21
Təxliyə üçün Səfirliyə müraciət etmiş Azərbaycan vətəndaşlarının nəzərinə!

AZAL-ın   həyata   keçirdiyi   Varşava-Bakı   istiqaməti  üzrə  həyata keçiriləcək  ödənişli  təxliyə  reysi  ilə bağlı aşağıdakı məlumatları diqqətinizə təqdim edirik:

1)  Xahiş edirik müraciətiniz əsasında sizə göndərilmiş elektron linklər üzrə ödənişi həyata keçirib keçirmədyinizi 20.05.2020-ci il 18:00-a qədər bildirəsiniz.

2)AZAL-ın  təşkil  etdiyi  təxliyə  reysi  21.05.2020-ci  ildə  gündüz saat 12:00-da  Varşava  Şopen  hava  limanında A terminalında E bölməsindən həyata keçiriləcəkdir.

2)  Bilet üçün ödəniş etmiş sərnişinlər hava  limanında  uçuşdan  3  saat  öncə saat 09:00-da olmağınız xahiş edilir. Bu müddət ərzində təyyarəyə qeydiyyatdan keçməniz üçün zəruri prosedurlar həyata keçiriləcəkdir. Xahiş edirik Gecikməyin!

Hörmətlə,

Azərbaycan Respublikasının polşa Respublikasındakı Səfirliyi

növbəti xəbər əvvəlki xəbər