İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat:
Polşa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.
Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 23 avqust 2001-ci ildə təsis olunmuşdur. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi isə 30 avqust 2004-ci ildə açılmışdır.
Azərbaycan - Polşa münasibətləri hər iki ölkənin rəhbərliyi tərəfindən strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndirilir. Əlaqələrinin yüksək səviyyəsinin göstəriciləri kimi, Prezidentlər, Baş nazirlər, Parlamentlərin sədrləri və xarici işlər nazirləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər qeyd oluna bilər.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişlənməsində mühüm rol oynayır.
Səfərlər
Ali səfərlər
8-9 iyul 2016-cı il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya işgüzar səfəri
26-28 iyun 2017-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya rəsmi səfəri
31 may 2019-cu il, Polşa Respublikasının Prezidenti cənab Andjey Dudanın Azərbaycana rəsmi səfəri
12-13 noyabr 2024-cü il, Polşa Respublikasının Prezidenti cənab Andjey Dudanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Azərbaycana işgüzar səfəri
Baş nazirlər
10 mart 2010-cu il, Polşa Respublikasının Baş naziri cənab Donald Tuskun Azərbaycana rəsmi səfəri
18 aprel 2010-cu il, Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadənin təyyarə qəzasında həlak olmuş dövlət xadimlərinin dəfnində iştirak məqsədi ilə Polşaya səfəri
Parlament sədrləri
8-10 noyabr 2006-cı il, Polşa Respublikası Senatının Marşalı cənab Boqdan Boruseviçin Azərbaycana rəsmi səfəri
21-23 may 2007-ci il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun Polşaya rəsmi səfəri
18-20 iyun 2008-ci il, Polşa Respublikası Senatının Marşalı cənab Boqdan Boruseviçin Azərbaycan Respublikası Parlamentinin 90 illiyi ilə əlaqədar Bakıda keçirilən təntənəli tədbirlərdə iştirak məqsədi ilə Azərbaycana səfəri
10-12 noyabr 2008-ci il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun Polşa Respublikasının yaranmasının 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak məqsədi ilə Polşaya səfəri
27 yanvar 2020-ci il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun Osvensim-Birkenau düşərgəsinin faşistlərdən azad edilməsinin 75-ci ildönümü mərasimlərində iştirak məqsədi ilə Polşaya işgüzar səfəri
19-21 aprel 2023-cü il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın Polşaya rəsmi
Xarici İşlər nazirləri
12-13 iyun 2008-ci il Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Polşaya rəsmi səfəri
17-19 iyul 2013-cü il, Polşa Respublikasının xarici işlər naziri cənab Radoslav Sikorskinin Azərbaycana rəsmi səfəri
10-12 aprel 2017-ci il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Polşaya rəsmi səfəri
18-19 oktyabr 2017-ci il, Polşa Respublikasının xarici işlər naziri cənab Vitold Vaşçikovskinin Azəbaycana rəsmi səfəri
16-18 aprel 2019-cu il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Polşaya rəsmi səfəri
30-31 mart 2022-ci il, Polşa Respublikasının xarici işlər naziri cənab Zbiqnev Raunun ATƏT-in fəaliyyətdə olan sədri qismində Azərbaycana işgüzar səfəri
30 noyabr-2 dekabr 2022-ci il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun ATƏT xarici işlər nazirlərinin 29-cu iclasında iştirak məqsədilə Polşaya işgüzar səfəri