“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlər
Humanitar əməkdaşlıq

Azərbaycan və Polşa arasında mədəni əməkdaşlığın XV əsrə söykənən uzun bir tarixi mövcuddur. 19-cu əsrdə Azərbaycana köç etmiş polyaklar Azərbaycan-Polşa mədəni əlaqələrinin inkişafına əvəzolunmaz töhfələr vermişlər.

1997-ci il avqustun 26-da imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında mədəni və elmi əməkdaşlıq haqqında Sazişdən irəli gələrək iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etdirilir. İki ölkə arasında qeyd edilən sahədə əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilir. Azərbaycan və Polşa arasında mədəniyyət, təhsil, elm, kütləvi informasiya vasitələri, səhiyyə, gənclər və idman sahələrində əlaqələri gücləndirmək üçün böyük potensial mövcuddur.

Varşava Universitetində 2018-ci ildən etibarən fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi, eləcə də Bakı Slavyan Universitetində 2006-cı ildən etibarən fəaliyyət göstərən Polşa Tədris və Mədəniyyət Mərkəzi hər iki ölkənin dilinin, qədim tarixinin və zəngin mədəni irsinin təbliğinə xidmət edir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti