“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlər
İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında ticarət dövriyyəsi

 

2024-cü ildə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında ticarət dövriyyəsi 222,1 milyon ABŞ dolları təşkil edib. Bunun 153,7 milyon ABŞ dolları Polşadan Azərbaycana ixrac, 68,4 milyon dolları isə Azərbaycanın Polşaya ixracı olub.

Polşanın Azərbaycana ixracı ötən illə müqayisədə 10% artıb, Azərbaycanın Polşaya ixracı isə 3,5 dəfədən çox yüksəlib.

 

2025-ci ilin ilk yarısında da Azərbaycanla Polşa arasında ticarət dövriyyəsi artmaqda davam edib və 97,9 milyon ABŞ dolları təşkil edib. Bunun 90,5 milyon ABŞ dolları Polşanın Azərbaycana ixracı, 7,4 milyon ABŞ dolları isə Azərbaycanın Polşaya ixracı olub.

 

Əsas ixrac məhsulları: təzə tərəvəzlər, meyvə və tərəvəz şirələri, bentonit gili, təyyarə mühərrikləri üçün kerosin yanacağı.


Əsas idxal məhsulları: təzə və dondurulmuş balıq, pendir və kəsmik, şəkərli qənnadı məmulatları, şokolad və şokolad məhsulları, çörək və unlu qənnadı məmulatları, dərman preparatları, sürtgü yağları, sabun, sintetik yuyucu vasitələr, taxta lif lövhələr, məişət soyuducuları, paltaryuyan maşınlar, hesablama maşınları, blok və cihazlar, televiziya qəbulediciləri, qaz, maye və elektrik sayğacları, ofis, mətbəx, yataq otağı və digər mebel növləri.

 

İl

Ticarət dövriyyəsi (milyon $)

İdxal

İxrac

2021

111,1

5,4

105,7

2022

141,1

21,5

119,6

2023

161,2

20,5

140,7

2024

222,1

68,4

153,7

Yanvar -İyul 2025

97.9

90,5

7,4

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya

 

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 2006-cı ildə yaradılıb. İndiyədək Komissiyanın 9 iclası keçirilib. Sonuncu iclas 23 oktyabr 2025-ci il tarixində Varşava şəhərində baş tutub.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti