Etibarnamə rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- Etibar edənin ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Etibar edilənin şəxsiyyət vəsiqəsinin surəti;
-20 dollar dövlət rüsumunun ödənilməsinə dair qəbz
Əmlakla bağlı razılıq ərizəsi
Konsulluq bölməsi Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir. Bu səbəbdən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı etibarnamənin rəsmiləşdirilməsi imkan xaricindədir. Lakin, əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq ərizəsi verilməsi mümkündür.
Razılıq ərizəsinin rəsmiləşdirmək üçün tələb olunan sənədlər aşağıdakı kimidir:
Razılıq ərizəsini verən şəxsin etibarlı pasport və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti
- Daşınmaz əmlakın sənədinin – Çıxarışın surəti
- 20 dollar dövlət rüsumun ödənilməsinə dair qəbz
*Qeyd – Dövlət rüsumu sənədlər qəbul olunduqdan sonra ödənilir. Rüsumun ABŞ dolları ilə təyin olunması səbəbindən, məcbur qalındıqda qeyd olunan dövlət rüsumu ekvivalent məbləğində ZLOTY ilə ödənilə bilər. Bank xidməti xərci rüsuma daxil deyil və ödəyən tərəfindən qarşılanmalıdır.
Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.
Bank rekvizitləri:
Embassy of the Republic of Azerbaijan
Bank Millennium
S.W.I.F.T: BIGBPLPWXXX
PL80116022020000000083694553 (EUR)