“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 aprel 2019

Səfirlikdə Varşava İqtisadiyyat Məktəbinin Action Diplomacy layihəsi çərçivəsində görüş keçirilmişdir.

Varşava İqtisadiyyat Məktəbinin nəzdində fəaliyyət göstərən Xarici İşlər Klubu tərəfindən “Diplomatiya Fəaliyyəti” adlı silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində növbəti görüş cari ilin 30 mart tarixində Azərbaycan Respublikasının Polşadakı Səfirliyində Səfir Həsən Həsənovla keçirilmişdir.

Tələbə və şagirdlərdən ibarət klub iştirakçıları görüşdə Səfirə suallar ünvanlamışlar və Səfir ətraflı şəkildə onları cavablandırmışdır. Suallar Azərbaycan ilə Polşa arasında münasibətlər, Polşada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan polyaklar, Azərbaycanın turizm imkanları və digər mövzularda  olmuşdur.

Sonda görüş iştirakçılarına Azərbaycan şirniyyat nümunələri və meyvə şirələri təqdim edilmişdir.

 

Azərbaycan Respublikasının

Polşa Respublikasındakı Səfirliyi

01.04.2019

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti