İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycan-Polşa münasibətləri
İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat:
Polşa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.
Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 23 avqust 2001-ci ildə təsis olunmuşdur. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi isə 30 avqust 2004-ci ildə açılmışdır.
Azərbaycan - Polşa münasibətləri hər iki ölkənin rəhbərliyi tərəfindən strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndirilir. Əlaqələrinin yüksək səviyyəsinin göstəriciləri kimi, Prezidentlər, Baş nazirlər, Parlamentlərin sədrləri və xarici işlər nazirləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər qeyd oluna bilər.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişlənməsində mühüm rol oynayır.
Səfərlər
Ali səfərlər
- 8-9 iyul 2016-cı il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya işgüzar səfəri
- 26-28 iyun 2017-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya rəsmi səfəri
- 31 may 2019-cu il, Polşa Respublikasının Prezidenti cənab Andjey Dudanın Azərbaycana rəsmi səfəri
- 12-13 noyabr 2024-cü il, Polşa Respublikasının Prezidenti cənab Andjey Dudanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Azərbaycana işgüzar səfəri
Baş nazirlər
- 10 mart 2010-cu il, Polşa Respublikasının Baş naziri cənab Donald Tuskun Azərbaycana rəsmi səfəri
- 18 aprel 2010-cu il, Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadənin təyyarə qəzasında həlak olmuş dövlət xadimlərinin dəfnində iştirak məqsədi ilə Polşaya səfəri
Parlament sədrləri
- 8-10 noyabr 2006-cı il, Polşa Respublikası Senatının Marşalı cənab Boqdan Boruseviçin Azərbaycana rəsmi səfəri
- 21-23 may 2007-ci il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun Polşaya rəsmi səfəri
- 18-20 iyun 2008-ci il, Polşa Respublikası Senatının Marşalı cənab Boqdan Boruseviçin Azərbaycan Respublikası Parlamentinin 90 illiyi ilə əlaqədar Bakıda keçirilən təntənəli tədbirlərdə iştirak məqsədi ilə Azərbaycana səfəri
- 10-12 noyabr 2008-ci il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun Polşa Respublikasının yaranmasının 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak məqsədi ilə Polşaya səfəri
- 27 yanvar 2020-ci il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun Osvensim-Birkenau düşərgəsinin faşistlərdən azad edilməsinin 75-ci ildönümü mərasimlərində iştirak məqsədi ilə Polşaya işgüzar səfəri
- 19-21 aprel 2023-cü il, Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın Polşaya rəsmi
Xarici İşlər nazirləri
- 12-13 iyun 2008-ci il Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Polşaya rəsmi səfəri
- 17-19 iyul 2013-cü il, Polşa Respublikasının xarici işlər naziri cənab Radoslav Sikorskinin Azərbaycana rəsmi səfəri
- 10-12 aprel 2017-ci il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Polşaya rəsmi səfəri
- 18-19 oktyabr 2017-ci il, Polşa Respublikasının xarici işlər naziri cənab Vitold Vaşçikovskinin Azəbaycana rəsmi səfəri
- 16-18 aprel 2019-cu il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Polşaya rəsmi səfəri
- 30-31 mart 2022-ci il, Polşa Respublikasının xarici işlər naziri cənab Zbiqnev Raunun ATƏT-in fəaliyyətdə olan sədri qismində Azərbaycana işgüzar səfəri
- 30 noyabr-2 dekabr 2022-ci il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun ATƏT xarici işlər nazirlərinin 29-cu iclasında iştirak məqsədilə Polşaya işgüzar səfəri
Müqavilə-hüquq bazası
- Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında 50-dən çox sənəd imzalanmışdır.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində 27 iyun 2017-ci il tarixində “Azərbaycan Respublikasi ilə Polşa Respublikası arasında “Strateji tərəfdaşlıq və iqtisadi əməkdaşliğa dair yol xəritəsi haqqında Birgə Bəyannamə” imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında ticarət dövriyyəsi
(milyon ABŞ dolları)
İllər |
İxrac |
İdxal |
Ticarət dövriyyəsi |
2020 |
4.77 |
109,11 |
113,88 |
2021 |
5,4 |
105,7 | 111,1 |
2022 |
21,5 |
119,6 | 141,1 |
2023 |
20,5 |
140,7 | 161,2 |
2024 |
68,4 | 153,7 |
222,1 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İxracda əsas məhsullar: təzə tərəvəz, meyvə və tərəvəz şirələri, bentonit gili, reaktiv mühərriklər üçün kerosin yanacağı
İdxalda əsas məhsullar: təzə və dondurulmuş balıq, pendir və kəsmik, şəkərdən hazırlanan qənnadı məmulatları, şokolad və şokolad məhsulları, çörək, unlu qənnadı məmulatları, dərman vasitələri, sürtkü yağları, sabun, sintetik yuyucu maddələr, ağac lifli plitələr, məişət soyuducuları, paltaryuyan maşınları, hesablama maşınları, blok və qurğuları, televiziya qəbulediciləri, qaz, maye və elektrik enerjisi sayğacları, ağacdan ofis, mətbəx, yataq mebelləri, digər mebellər
İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya
“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” 2006-cı ildə yaradılmışdır. Komissiyanın bu günədək 8 iclası keçirilmişdir. Sonuncu iclas 16-17 fevral 2023-cü il tarixində Bakıda keçirilmişdir.