Nikahın qeydə alınması
Azərbaycan Respublikası vətəndaşlarının nikaha daxil olması üçün tələb olunan sənədlər:
Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri
Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər və surətləri
Nikaha daxil olmağı arzu edən şəxslərin Polşa Respublikasında daimi/müvəqqəti yaşamasını təsdiq edən sənədlər;(surəti ilə birgə)
Subaylıq haqqında arayış (son 6 ayda alınmış);
Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin/arvadının ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;
Nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) icra hakimiyyətinin sərəncamı;
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
- Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
1.1. hemoqlobinopatiyalar:
1.1.1. böyük beta-talassemiya;
1.1.2. aralıq beta-talassemiya;
1.1.3. drepanotalassemiya;
1.1.4. oraqvari hüceyrəli anemiya;
1.2. İİV/QİÇS;
1.3. sifilis.
Hemoglobinopathies:
1.1. Major beta-thalassemia;
1.2. Intermediate beta-thalassemia;
1.3. Drepanothalassemia;
1.4. Sickle cell anemia;
HIV / AIDS;
Syphilis.
Qeyd: Polşa tibb müəsisələrindən analizlərlə bağlı alınmış bütün arayışlar Polşa dövləti tərəfindən apostil və Azərbaycan dilinə tərcümə olunmalıdır. (Apostil üçün link https://www.gov.pl/web/dyplomacja/apostille?fbclid=IwAR3ThanZYwF3Tw_dRcBHTVoFNlG0j6CnCxXNSxh4W1hUlhd4NEH_KHjGk7U
Nikah konsulluq bölməsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Nikahın qeydə alınmasında nikaha daxil olan şəxslərin arzusu ilə digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.
Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Ər-arvadın hüquq və vəzifələri konsulluq tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə 10 ABŞ dollar dövlət rüsumu tutulur.
Dövlət rüsumu sənədlər qəbul olunduqdan sonra ödənilir.
*Qeyd – Dövlət rüsumunun ABŞ dolları ilə təyin olunması səbəbindən, məcbur qalındıqda qeyd olunan dövlət rüsumu ekvivalent məbləğində ZLOTY ilə ödənilə bilər. Bank xidməti xərci rüsuma daxil deyil və ödəyən tərəfindən qarşılanmalıdır.
Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.
Bank rekvizitləri:
Embassy of the Republic of Azerbaijan
Bank Millennium
S.W.I.F.T: BIGBPLPWXXX
PL80116022020000000083694553 (EUR)
Qeyd: Nikaha daxil olmaq istəyən şəxslərin Polşada daimi yaşayış icazəsi haqqında sənədi olduqda Polşa dövlət orqanlarına müraciət edib nikaha daxil olması mümkündür.