SƏFİR
Dr. Nərgiz Qurbanova
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri
Dr. Nərgiz Qurbanova Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 8 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
Təyinatdan əvvəl Dr. N.Qurbanova 2016-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.
2014-2016-cı illərdə N.Qurbanova Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf Departamentinin direktoru vəzifəsində çalışıb.
2010-2013-cü illərdə N.Qurbanova Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinə təyin edilib, burada müşavir, müvəqqəti işlər vəkili və daha sonra səfir müavini vəzifələrində çalışıb.
2004-2007-ci illər arasında N.Qurbanova Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində Üçüncü Katib, daha sonra İkinci Katib vəzifələrində çalışıb.
Səfir N.Qurbanova, Vyana Universitetində (Avstriya) Siyasi Elmlər üzrə doktorluq dərəcəsi almışdır. Akademik təcrübəsinə, həmçinin Bakı Dövlət Universitetində (Azərbaycan) Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi, Qərb Universitetində (Azərbaycan) Beynəlxalq Menecment üzrə magistr dərəcəsi daxildir. Jönköping Beynəlxalq Ticarət Məktəbində (İsveç) beynəlxalq biznes vəNitsa (Fransa) Universitetində beynəlxalq hüquq təhsili almışdır.
Səfir N.Qurbanova Azərbaycan Respublikasının Diplomatik Xidmətinin Yüzilliyi (1919-2019) medalı ilə yanaşı Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi töhfəyə görə Bolqarıstan Respublikasının Madara Horseman (Birinci dərəcəli) ordeni ilə təltif edilmişdir.
Dr. N.Qurbanova evlidir, bir övladı var.