Viza rəsmiləşdirilməsi qaydaları
Polşa Respublikasının vətəndaşları və Polşada yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına səfər etmək üçün giriş vizası almaq hüququna malikdirlər.
Giriş vizasının rəsmiləşdirilməsi üçün aşağıda qeyd edilən vasitələrdən istifadə olunmalıdır:
- Azərbaycan Respublikasında qalma müddətini 30 (otuz) günədək müəyyən edən birdəfəlik elektron vizası;
Elektron vizalar “ASAN Viza“ sistemi vasitəsi ilə 3 (üç) iş günü müddətində verilir. Elektron vizasının rəsmiləşdirilməsi üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az linki vasitəsi ilə birbaşa müraciət etməlidirlər. Elektron vizasının alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir və vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu sistem vasitəsilə elektron qaydada ödənilir. Elektron vizası müraciət etmiş şəxsin elektron ünvanına (e-mail) göndərilir.
Elektron vizası rəsmiləşdirilməsi üçün yalnız bu linkdə siyahısı göstərilmiş ölkələrin vətəndaşları müraciət edə bilərlər.
- Azərbaycan Respublikasında qalma müddəti 90 (doxsan) günədək olan, etibarlılıq müddəti 3 (üç) gündən – 2 (iki) ilədək olan bir və ya çoxdəfəli vizalar.
Vizaların rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə elektron poçt vasitəsilə müraciət olunmalıdır və müvafiq olaraq gün təyin edildilməlidir.
Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi tərəfindən aşağıda qeyd edilən kateqoriyalı vizalar rəsmiləşdirilir. Viza almaq üçün müraciət edən şəxslərə bununla bağlı məlumatları diqqətlə oxumaları və vizaların rəsmiləşdirilməsinin 3 gündən 10 iş gününədək davam etdiyini nəzərə alaraq əvvəlcədən müraciət etmələri tövsiyə olunur. Viza rəsmiləşdirilməsi üçün sənədlər Səfirliyin konsulluq bölməsinə ərizəçilər tərəfindən şəxsən təhvil alına bilər.
- Adi kateqoriyalı viza- (diplomatik və xidməti pasportlar istisna olmaqla bütün növ pasportlara malik şəxslər üçün) – müxtəlif məqsədlə (şəxsi, turizm, işgüzar, təhsil və sair) Azərbaycan Respublikasına səfər etmək niyyətində olan şəxslərə rəsmiləşdirilir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6. və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:
- birdəfəlik giriş vizası üçün - 35 Avro(Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşları üçün)
- çoxdəfəlik giriş vizası üçün - 35 Avro(Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşları üçün)
- tranzit vizalarının rəsmiləşdirilməsi üçün - 19 Avro (Avronun ABŞ dollarına məzənnəsi və avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği)
Ölkələrin siyahısı (link)
Adi viza:
- Şəxsi, işgüzar və təhsil məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- viza almaq üçün ərizə-anket(doldurarkən çap hərflərindən istifadə edilməlidir);
- pasport və surəti (pasport - etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4);
- dövlət rüsumunun ödənilməsi barədə qəbz
Bank Millennium
S.W.I.F.T: BIGBPLPWXXX
PL80116022020000000083694553 (EUR)
- qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti (vəsatətin nümunəsi) (hüquqi şəxslər üçün);
- dəvət məktublarınotarial qaydada təsdiq edilməli və dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir;
- Tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənədin surəti.
- Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-pasportunun (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi) surəti təqdim olunmalıdır.
- Aşağıda qeyd olunan kateqoriyalardan olan şəxslərdən tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənəd tələb olunmur:
- Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi)olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, o cümlədən onların ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd əsasında.
- Diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları)–müvafiq təsdiqedici sənədlər əsasında.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq
- 1. 3. Diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik şəxslər üçün vizasız gediş-gəliş rejimi
Azərbaycan Respublikası və bir sıra xarici ölkələr arasında diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik vətəndaşlar üçün vizası gediş-gəliş rejimi tətbiq olunur. Həmin ölkərin siyahısı bu linkdədir.