Pasport məsələləri

ÜMUMVƏTƏNDAŞ PASPORTU

  Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur və sənədləriniz qəbul olan vaxtdan 2-3 ay müddət tələb edir.

- Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə (səfirlikdə təqdim olunacaq)

- Vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsi və surəti (pasport itibsə Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitməmiş olmalıdır);

- Dövlət rüsumunun ödənilməsi barədə sənəd (25 dollar Konsulluq rüsumu və ASAN Pay vasitəsilə manatla ediləcək ödənişin qəbzi)

- İki ədəd 3x4 ölçüdə rəngli fotoşəkil (başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur);

- 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli; (zəruridir)

- 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;

 

Qeyd: Pasportu heç olmamış və ilk dəfə pasport almaq üçün Polşada alınmış doğum şəhadətnaməsi (doğum şəhadətnaməsinin apostil və tərcümə olunması zəruridir) ilə müraciət edən vətəndaşlar əvvəlcə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün (cavab gəlməsi 2 ay tələb edir) daha sonra Fin nömrə (1 ay tələb edir) almaq üçün müraciət etməlidirlər.

 

 -Pasportu heç olmamış  FİN kod əsasında pasport üçün müraciət olunan uşaqlar üçün qan qrupu barədə analiz

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununa əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində konsulluq rüsumu alınır.

 

Dövlət rüsumu Sənədlər qəbul olunduqdan sonra ödənilir.

*Qeyd – Dövlət rüsumunun ABŞ dolları ilə təyin olunması səbəbindən, məcbur qalındıqda qeyd olunan dövlət rüsumu ekvivalent məbləğində ZLOTY ilə ödənilə bilər. Bank xidməti xərci rüsuma daxil deyil və ödəyən tərəfindən qarşılanmalıdır.

 

Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.

 

 

Bank rekvizitləri:

Embassy of the Republic of Azerbaijan

Bank Millennium

S.W.I.F.T: BIGBPLPWXXX

PL80116022020000000083694553 (EUR)

 

Descrioption : Name and Surname - 25 USD consular fee for passport

 

Əlavə olaraq sənədləriniz səfirlik tərəfindən qəbul olunduqdan sonra ümumvətəndaş pasportunuzun hazırlanması üçün aşağıda qeyd olunmuş yaşa uyğun müvafiq dövlət rüsumu onlayn olaraq

ASAN PAY və ya ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ödənilməlidir.

 

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının müddətinin bitməsi ilə əlaqədar yenidən verilməsinə görə:

 

- bir yaşınadək uşaqlar üçün - 15 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

 

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

 

- bir yaşınadək uşaqlar üçün - 25 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.

 

 Ümumi məlumat

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasənAzərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasına qayıtmaq hüququ verən aşağıda qeyd olunan sənədlərdən biri ilə təmin edirlər:

- ya Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;

- ya da şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

Diqqət! Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar xarici ölkələrə səfər etmək üçün viza əldə etmək məqsədilə (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında razılaşma olan ölkələr istisna olmaqla) müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

  • ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket);
  • vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • 3x4 ölçüdə iki ədəd (donuq-matoviy) rəngli fotoşəkil (başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur);
  • Polşa  Respublikasında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün hərbi bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır);
  • 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;

pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

"Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər qanunvericiliyə uyğun olaraq tam təqdim edildiyi təqdirdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən icraata qəbul edilməlidir."

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Pasport verilməsi haqqında ərizəyə/vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə/vəsatətə baxılmaqda imtina edilməsindən Azərbaycan Respublikasının vətəndaşları inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə və ya onun verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

Azərbaycan Respublikasının vətəndaşının ümumvətəndaş pasportu yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya belə pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə ümumvətəndaş pasportu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə xarici ölkə ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müvafiq məbləğdə inzibati cərimə edilməklə məsuliyyətə cəlb edilə bilərlər.

Dövlət rüsumu

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununa əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.

Səfirliyin bank rekvizitləri:

Bank Millennium

S.W.I.F.T: BIGBPLPWXXX

PL80116022020000000083694553 (EUR)

 

Qeyd

  • 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
  • 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
  • Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
  • Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
  • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.
  • Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.
  • Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi avadanlıq vasitəsilə çəkilir.

Arxiv üzrə axtarış