Subaylıq haqqında arayış

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

 

  1. Vətəndaşın ərizəsi
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport, şəxsiyyət vəsiqəsi);
  3. Əvvəllər nikahda olan şəxslər üçün:

            - boşanmışsa bu barədə sənədin surəti,

            - nikah pozulmuşsa bu barədə sənədin surəti,

            - əvvəlki nikah etibarsız sayılmışsa bu barədə sənədin surəti,

            - əvvəllər nikahda olduğu şəxs ölmüşdürsə, ölüm haqqında    

              sənədin surəti;

  1. Səfirliyin aşağıda göstərilmiş bank hesabına 10 ABŞ dollarıdövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:

Dövlət rüsumu (Sənədlər qəbul olunduqdan sonra ödənilir.

*Qeyd – Dövlət rüsumunun ABŞ dolları ilə təyin olunması səbəbindən, məcbur qalındıqda qeyd olunan dövlət rüsumu ekvivalent məbləğində ZLOTY ilə ödənilə bilər. Bank xidməti xərci rüsuma daxil deyil və ödəyən tərəfindən qarşılanmalıdır.

 

Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.

 

Bank rekvizitləri:

Embassy of the Republic of Azerbaijan

Bank Millennium

S.W.I.F.T: BIGBPLPWXXX

PL80116022020000000083694553 (EUR)

 

Qeyd: Müraciətlər baxılması üçün Səfirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Ədliyyə Nazirliyinə vətəndaşın ərizəsi göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə alınaraq ərizəçiyə təqdim edilir. Arayışın alınması iki-üç aya qədər vaxt tələb edə bilər.

Qeyd 2: Əgər Polşa dövlət orqanları tərəfindən apostil olunmuş formada sənəd tələb olunarsa nəzərə alınmalıdır ki, Səfirlikdə sənədlərin apostil olunması mümkün deyil. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil edilən şəxs (etibarnamə Səfirliyin Konsulluq və ya Mobil notariat tətbiqi vasitəsi ilə də təsdiq edilə bilər.) tərəfindən sözügedən sənədi ASAN xidmətdən alaraq Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsində apostil oluna bilər.

Arxiv üzrə axtarış