Etibarnamə və İmza təsdiqi

 Etibarnamə rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər aşağıdakı kimidir:

 

- Etibar edənin ümumvətəndaş pasportu, və şəxsiyyət vəsiqəsi surəti ilə birlikdə

- Etibar edilənin şəxsiyyət vəsiqəsinin surəti;

  • 20 dollar dövlət rüsumunun ödənilməsinə dair

 Əmlakla bağlı razılıq ərizəsi

 Konsulluq bölməsi Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir. Bu səbəbdən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı etibarnamənin rəsmiləşdirilməsi imkan xaricindədir. Lakin, siz əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq ərizəsi verə bilərsiniz.

 Razılıq ərizəsinin rəsmiləşdirmək üçün tələb olunan sənədlər aşağıdakı kimidir:

 Razılıq ərizəsini verən şəxsin pasport və şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsinin surəti də kifayətdir. Şəxsiyyət vəsiqəsinin vaxtı bitdikdə yalnız pasport);

  1. Daşınmaz əmlakın sənədinin – Çıxarışın surəti
  2. 20 dollar dövlət rüsumu

Dövlət rüsumu sənədlər qəbul olunduqdan sonra ödənilir.

*Qeyd – Dövlət rüsumunun ABŞ dolları ilə təyin olunması səbəbindən, məcbur qalındıqda qeyd olunan dövlət rüsumu ekvivalent məbləğində ZLOTY ilə ödənilə bilər. Bank xidməti xərci rüsuma daxil deyil və ödəyən tərəfindən qarşılanmalıdır.

 Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.

 Bank rekvizitləri:

Embassy of the Republic of Azerbaijan

Bank Millennium

S.W.I.F.T: BIGBPLPWXXX

PL80116022020000000083694553 (EUR)

   

 

Arxiv üzrə axtarış