Sürücülük vəsiqələrinin Polşa sürücülük vəsiqələri ilə dəyişdirilməsinə dair məlumat
Ümumi məlumat
Polşada qanunlarına əsasən ölkəyə daxil olduqdan sonra Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin Polşa sürücülük vəsiqəsi ilə dəyişdirilməsi tələb olunur.
Azərbaycan Sürücülük vəsiqəsinin Polşa sürücülük vəsiqəsi ilə dəyişdirilməsi üçün yaşadığınız yer üzrə Polşa dövlət orqanlarına (Urzad) müraciət olunmalıdır. Polşa dövlət orqanları tərəfindən səfirliyə daxil olmuş sorğuya əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən sürücülük vəsiqəsinin təsdiqi ilə bağlı cavab aldıqdan sonra sorğu verən tərəfə Səfirlik tərəfindən məktub göndərilir. Bu proses təxminən 2-3 ay müddət tələb edir.
Qeyd : Əgər Polşa Dövlət orqanları tərəfindən Azərbaycandan alınmış sənədin apostil olunması tələb olunarsa, Səfirlikdə apostil olunması mümkün olmadığından, bunun üşün Bakıda 5 saylı ASAN XİDMƏT MƏRKƏZİNDƏ Konsulluq şöbəsinə müraciət olunmalıdır