Polşada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları üçün məlumat

Polşa Respublikasının Ailə, Əmək və Sosial Siyasət Nazirliyə tərəfindən Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyə təqdim edilmiş məlumata əsasən aşağıdakıları diqqətinizə təqdim edirik.

  • Polşa Respublikasının əmək və sosial təminat haqqında qanuna əsasən, ümumən Polşada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan hər bir xarici ölkə vətəndaşı Polşa vətəndaşları ilə eyni şərtlərdə işə götürülməli və eyni təminata sahib olmalıdır.
  • İşəgötürən və ya məşğulluq agentliyi qanun və hüquq pozuntularına yol verildikdə Milli Əmək Müfəttişliyinə (pip.gov.pl) müraciət etmək lazımdır.
  • Məşğulluq (işədüzəltmə) agentliklərinin fəaliyyəti “Məşğulluğun təşviqi və əmək bazarı institutları haqqında” qanunun 6-cı fəsli ilə tənzimlənir (Dziennik Ustaw 2019, poz.1482).
  • Məşğulluq (işədüzəltmə) agentlikləri mütləq qaydada “Məşğulluq Agentliklərinin Milli Qeydiyyat Sistemi”ndə qeydiyyat keçməlidirlər.
  • Məşğulluq agentlikləri haqqında məlumat stor.praca.gov.pl internet səhifəsindən əldə edilə bilər.
  • Polşa qanunvericiliyinə görə bu ölkədə fəaliyyət göstərən məşğulluq agentlikləri iş axtaranlardan hər hansı ödəniş tələb edə bilməzlər.
  • Xarici ölkə vətəndaşlarına Polşa iş tapmaq üçün yardım göstərən dövlət qurumu mövcud deyil.
  • Hər hansı bir şirkət REGON (Polşa Milli Biznes Qeydiyyat Nömrəsi, stat.gov.pl/regon) və Milli Məhkəmə Qeydiyyatı (www.krs-online.com.pl) sistemləri vasitəsilə yoxlanıla bilər.
  • Polşa ərazisində haqqın ödənilən əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşı ilə əmək müqaviləsinin imzalanması məcburidir. Xarici ölkə vətəndaşı ilə imzalanan əmək müqaviləsi həmin şəxsin başa düşdüyü dilə tərcümə edilməlidir (Dziennik Ustaw 2019, poz.1482).
  • Məşğulluq (işədüzəltmə) agentlikləri tərəfindən Polşa ərazisində işləmək üçün dəvət edilən şəxslər üçün xüsusi müddəalar mövcuddur. Bura daxildir: məşğulluq agentliyi vasitəsilə Polşada işləməyə yönləndirilən xidmətin sertifikasiyası, Polşaya işləmək üçün gələn şəxs ilə onun başa düşdüyü dildə əlavə müqavilənin imzalanması (gələcək işin şərtləri ətraflı izah edilməklə).
  • İşə götürən müəssisə iş icazəsinin verilməsi üçün lazımı tələblərə cavab vermədikdə və ya xüsusi cinayət və qanun pozuntularına yol verdikdə iş icazəsi verilmir.
  • Polşa qanunvericiliyinə görə məşğulluq agentliyi, işəgötürülən və işəgötürən arasındakı “münasibətlər müvəqqəti işlərin məşğulluq haqqında” 9 iyul 2003-cü il tarixli Polşa qanunu ilə tənzimlənir (Dziennik Ustaw 2003, poz.1608).

 

 

Arxiv üzrə axtarış