Tərcümə təsdiqi

Sənədlərinizin tərcüməsinin təsdiqi üçün tələb olunan sənədlər aşağıdakı kimidir:

 

  1. Sənədin əsli və surəti
  2. Sənədin tərcüməsi yalnız İlahə Kərimova – 667 151 709 (andlı tərcüməçi) və Şəhla Kazımova – 511 660 499 tərəfindən tərcümə oldunduqdan sonra Konsulluq bölməsinə yaxınlaşa bilərsiz)
  3. Şəxsiyyətinizə təsdiq edən Pasport və ya Şəxsiyyət vəsiqəsi surəti ilə birlikdə
  4. 20 dollar dövlət rüsumunun ödənilməsinə dair ödəniş kağızı (əgər bir necə sənəddirsə ödəniş hər bir sənəd üçün ayrıca olaraq 20 USD ödənilməlidir)

 

Qeyd: Səfirliyə məlum olan tərcüməçi İlahə Kərimova Polşa Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş rəsmi tərcüməçi olduğundan onun tərəfindən Azərbaycan dilindən Polyak dilinə tərcümə olunmuş sənədlərin Səfirliyin konsulluq şöbəsi tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur. 

 

Dövlət rüsumu (Sənədlər qəbul olunduqdan sonra ödənilir.

*Qeyd – Dövlət rüsumunun ABŞ dolları ilə təyin olunması səbəbindən, məcbur qalındıqda qeyd olunan dövlət rüsumu ekvivalent məbləğində ZLOTY ilə ödənilə bilər. Bank xidməti xərci rüsuma daxil deyil və ödəyən tərəfindən qarşılanmalıdır.

 

Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.

 

Bank rekvizitləri:

Embassy of the Republic of Azerbaijan

Bank Millennium

S.W.I.F.T: BIGBPLPWXXX

PL80116022020000000083694553 (EUR)

Arxiv üzrə axtarış