2016-09-06

Referendum

Hörmətli vətəndaşlar,
 
Nəzərinizə çatdırmaq istərdik ki, 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində (ünvan: Zvıçenzçuv 12, Varşava 03-941) 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 47 saylı Seçki Məntəqəsi yaradılmışdır. 
Seçki Məntəqəsi yerli vaxt ilə 08.00-dən 19.00-dək fəaliyyət göstərəcəkdir. 
Sizi ümumxalq səsverməsində iştirak etməyə dəvət edirik.
 
 
Hörmətlə,
Azərbaycan Respublikasının
Polşa Respublikasındakı 
Səfirliyi

Arxiv üzrə axtarış