2016-09-19

Para-taekvondo üzrə Azərbaycan milli komandası 9 medal qazanıb

Artıq bildiyiniz kimi, 16 sentyabr 2016-cı il tarixində Polşanın paytaxtı Varşava şəhərində keçirilmiş Para-taekvondo üzrə sayca 5-ci olan Avropa Açıq Çempionatında Para-taekvondo üzrə Azərbaycan milli komandası da iştirak etmişdir. Yarışı medal sayına əsasən, ümumi komanda hesabında 3-cü, kişilər arasında isə 2-ci başa vuran yığma komanda aşağıdakı şəxsi nəticələri əldə etmişdir:
1. Aleksandr Polişuk (K-42, 75+ kq) - I yer
2. Nicat Müslümov (K-42, -75 kq) - I yer
3. Şəhmir İbadov (K-42, -61 kq) - II yer
4. Röyalə Fətəliyeva (K-44, -58 kq) - II yer
5. Xəzər Mirzəyev (K-43, -75 kq) - II yer
6. Əbülfəz Abuzərli (K-44, -75 kq) - III yer
7. Aynur Məmmədova (K-44, 58+ kq) - III yer
8. Anar Hüseynov (K-41, -61 kq) - III yer
9. Namiq Abbasov (K-43, -61 kq) - III yer
Çempion olmuş Nicat Müslümov isə yarışın ən dəyərli kişi taekvondoçusu kimi xüsusi mükafata layiq görülmüşdür. Yarışın sonunda, təltifetmə mərasimində bir sıra yığma üzvlərimizə medalları, yarışda komandamıza dəstək olan, Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Həsən Həsənov təqdim etdi.



Arxiv üzrə axtarış