2016-09-22

Cari ilin 21-23 sentyabr tarixlərində Varşava Universitetinin təşkilatçılığı ilə Varşava şəhərində IV Beynəlxalq Türkoloju Konfrans keçriləcəkdir.

Konfransın açılış mərasimində Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı prof. Piotr Taracha, Türkologia və digər xalqlar bölməsinin rəhbəri dr Agata Bareya-Stajınska, Türkiyə Respublikasının Səfirliyindən charge d'affairs İstəm Circiroğlu ilə yanaşı Azərbaycan Respublikasının Səfiri Həsən Həsənov çıxış etmişdir. Çıxışı zamanı türk dünyasının qədim tarix, dil və ədəbiyyata malik olduğunu vurğulayan səfir Həsən Həsənov artıq ənənə halını almış konfransın təşkilatçılarına təşəkkürünü bildirmiş, konfrans iştirakçılarına uğurlar arzulamışdır.

Arxiv üzrə axtarış