2016-10-06

Gəncə - “2016-cı il Avropa Gənclər Paytaxtı”

Hörmətli Gənclər,

Bildiyiniz kimi Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi münasibətilə bu şəhərdə bir sıra silsilə tədbirlər keçirilmişdir (http://www.ganja2016.eu/ ; https://www.facebook.com/SupportGanja/?hc_ref=PAGES_TIMELINE&fref=nf ). Sonuncu belə tədbir cari ilin 29 sentyabr – 3 oktyabr tarixlərində “Avropa Gənclər Festivalı” adı altında baş tutmuşdur.

Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi barədə Polşa ictimaiyyəti arasında aparılan təbliğat işində iştirak üçün Sizləri saat 12 oktyabr 2016-cı il tarixində saat 17:00 - dan 19:00 – dək Səfirliyə dəvət edirik (ünvan: ul. Zwycięzców 12, 03-941 Warszawa).

Səfirlikdə təşkil ediləcək tədbirdə iştirak etmək istəyənlərin bu barədə warsaw@mission.mfa.gov.az elektron ünvanına təsdiq vermələri xahiş edilir.   

 

 

Hörmətlə,

       

Azərbaycan Respublikasının

Polşa Respublikasındakı

Səfirliyi

 

Arxiv üzrə axtarış