2017-01-31

Polşa Respublikasının ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr,

Bildiyiniz kimi bu il 26 fevral tarixində Azərbaycan xalqı “Xocalı faciəsi”nin 25-ci ildönümünü qeyd edəcək. Səfirlik  “Xocalı faciəsi”nin 25-ci ildönümününə həsr edilmiş bir neçə tədbirin keçirilməsini planlaşdırır.

Bununla yanaşı Səfirlik tələbəsi olduğunuz ali təhsil ocaqlarında sizlərin tərəfindən “Xocalı faciəsi”nin 25-ci ildönümününə həsr edilmiş tədbirlərin keçirilməsini də təklif edir. Keçirəcəyiniz tədbirlərin təşkilatı məsələlərində Səfirlik yardımçı olmağa hazırdır.

Bununla bağlı sizlərdən təşəbbüs və təkliflərinizin bildirilməsini xahiş edirik.

 

Hörmətlə,

 

Səfirlik

Arxiv üzrə axtarış