Azərbaycanın milli-mədəni irsi haqqında məruzə Krakov şəhərində təqdim edildi
12 may 2017-ci il tarixində AR Polşadakı Səfirliyinin, Krakov şəhər meriyasının, Krakov şəhər şurasının, Krakovda yerləşən Yaqellon Universitetinin Hüquq və Administrasiya, həmçinin İdarəetmə və Turizm fakültələrinin patronatlığı ilə “Tarixi abidələrin hüquqi baxımdan qorunma formaları” adlı Polşa üzrə III elmi konfrans təşkil edilmişdir. Qeyd olunan konfransda Səfir Həsən Həsənov iştirak edərək “Azərbaycanın milli-mədəni irsi” haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Çoxəsrlik Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, dili və ədəbiyyatı haqqında bir saatlıq məruzəm zamanı qonaqlara həmçinin Azərbaycanı təbliğ edən fotolardan ibarət elektron təqdimat da göstərilmişdir. Çıxış zamanı Səfir Həsən Həsənov eyni zamanda Qarabağ regionunun Azərbaycanın milli-mədəni irsində tutduğu xüsusi yeri vurğulayaraq, qonaqlara Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermişdir.
Konfransda həmçinin Yaqellon Universitetinin magistri Vitold Qurnı “İdman-irs-turizm. 2010-2017-ci illərdə Azərbaycan Respublikasının təbliğat istiqamətində fəaliyyətinin təhlili” mövzusunda çıxış etmişdir. Çıxışı zamanı Azərbaycan Respublikasının öz milli və mədəni dəyərlərindən istifadə edərək ölkənin təbliğatının düzgün apardığını, ölkədə təşkil olunan dünya miqyası idman yarışlarının həm turizmin inkişafında, həm də əcnəbilərin ölkə ilə yaxından tanışlığında mühüm rol oynadığını xüsusi olaraq qeyd etdi.