Gənc diplomatlar elmi dərnəyinin üzvləri ilə Səfirlikdə görüş
15 may 2017-ci il tarixində Səfir Həsən Həsənov Varşava Universiteti nəzdində fəaliyyət göstərən Gənc diplomatlar elmi dərnəyinin üzvləri ilə Səfirlikdə görüşmüşdür. 2010-cu ildən etibarən fəaliyyət göstərən bu dərnək əsasən beynəlxalq əlaqələr və dünya diplomatiyası mövzuları ilə maraqlanan tələbələri cəmləşdirir. Tələbələrin Azərbaycan mövzusuna olan marağını nəzərə alaraq, dərnək üzvləri tərəfindən AR Səfirliyində görüşün keçirilməsi təklifi irəli sürülmüşdür.
Görüşü giriş sözü ilə açan Səfir Həsən Həsənov tələbələri salamlamış və onlara Azərbaycanın tarixi, müasir dövrü, siyasi və iqtisadi əlaqələri, Azərbaycan-Polşa münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi haqda geniş məlumat vermişdir. Eyni zamanda Səfir Həsən Həsənov Azərbaycana böyük maraqları olan tələbələrin qeyd olunan mövzular ətrafında çoxsaylı suallarını cavablandırmışdır.
Görüşün sonunda tələbərə Səfirlik tərəfindən polyak dilində nəşr olunan Azərbaycan tarixi, mədəniyyəti və dilinə həsr olunmuş kitablar hədiyyə edilmişdir.