07.05.2018-ci il tarixində Azərbaycan Respublikasının Polşadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilmşdir.
Tədbirdə çıxış edən Səfir Həsən Həsənov Ümumilli Lider Heydər Əliyevlə şəxsi ünsiyyətdən qaynaqlanan təəssüratını bölüşərək xalqımızın dahi oğlunun keçdiyi şərəfli həyat yolundan və parlaq fəaliyyətindən bəhs etmişdir.
İyirminci əsrin altmışıncı illərində Azərbaycanın sovet respublikaları arasında iqtisadi nöqteyi-nəzərdən axırıncı yerlərdən birində olduğunu bildirən Həsən Həsənov 1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər seçildikdən sonra qısa müddət ərzində iqtisadiyyatın əsas sahələrinin inkişaf etdiyini və Azərbaycanın sovet məkanında aparıcı respublikaya çevrildiyini bildirmişdir.
20 yanvar hadisələrinə də toxunan Səfir, qanlı hadisələr zamanı Heydər Əliyevin öz haqq səsini ucaldaraq Azərbaycan xalqının yanında olduğunu bildirmişdir. Ağır böhranlı bir vəziyyətin hökm sürdüyü və vətəndaş qarşıdurmasının qaçılmaz olduğu bir şəraitdə Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi xalqın dəvəti ilə yenidən hakimiyyətə gələrək ölkədəki demokratik təsisatlara əsaslanan siyasi sabitlik yartdığını bildirmişdir. Natiq tam əzimlə qeyd etdi ki Heydər Əliyev müasir müstəqil Azərbaycan Respublikasının banisidir. Eyni zamanda Həsən Həsənov Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini qeyd etmişdir.
Daha sonra Həsən Həsənov tədbirdə iştirak edən qonaqların suallarını cavablandırmışdır.
Tədbirdə iştirak edən polyak ziyalılar söz alaraq Heydər Əliyev haqqında öz fikirlərini bildirmişlər.
Tədbir iştralçıları Heydər Əliyev haqqında videoçarxı izlədikdən sonra, onlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunmuşdur.