2018-05-10

Cari ilin 10 may tarixində Polşanın Torun şəhərində “Müxtəliflik-Çeşidlilik-Dialoq, Azərbaycan müstəqilliyinin 100 illiyi” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə səfirlər, elm xadimləri və təqdqiqatçı alimlər iştirak etmişdir. Tədbirdə Şəhərin meri Mitçal Zaleski çıxış etmişdir. Tədbirdə çıxış edən səfir Həsən Həsənov Cumhuriyyətimizin yaranma tarixindən, mövcud olduğu qısa dövr ərzində keçdiyi inkişaf yolundan danışaraq o dövr ərzində əldə edilmiş nailiyyətlər barəsində tədbir iştirakçılarını məlumatlandırmışdır. Səfir cıxışın sonunda iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin ölkə başçılarımız – Prezident İlham Əliyev və Prezident Andjey Duda arasında olan səmimi işğüzar və dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulamışdır. 
Tədbir digər məruzəçilərin çıxışları ilə davam etmişdir.Tədbirdə Azərbaycanla bağlı sərgi təşkil edilmiş, “Əli və Nino” bədii filmi nümayiş etdirilmişdir.

 

Poznan

Cari ilin 14 may tarixində İ.Y.Paderevski adına Poznan Musiqi Akademiyasınında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Səfir Həsən Həsənov Poznan Musiqi Akademiyasının rektoru Halina Sorkovska ilə görüş keçirmiş, daha sonra musiqi akademiyasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Əlimərdan bəy Topçubaşov və Polşa Respublikasının Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilmiş xatirə lövhəsinin önünə gül çələngi qoyulmuşdur. Tədbirdə çıxış edən səfir Həsən Həsənov Cumhuriyyətimizin yaranma tarixindən, mövcud olduğu qısa dövr ərzində keçdiyi inkişaf yolundan danışaraq o dövr ərzində əldə edilmiş nailiyyətlər barəsində tədbir iştirakçılarını məlumatlandırdı.
Səfir cıxışın sonunda iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin ölkə başçılarımız – Prezident İlham Əliyev və Prezident Andjey Duda arasında olan səmimi işğüzar və dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulamışdır. Çıxışdan sonra tədbirdə iştirak edən Poznan şəhərinin bir sıra rəsmiləri və Poznan Musiqi Akademiyasının idarə heyətinə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə xatirə nişanları təqdim olunmuşdur. Tədbir Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə konsert proqramı ilə davam etmişdir.

Vrotslav

Cari ilin 21 may tarixində Vrotslav Universitetində Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Keçirilmiş tədbirdə Vrotslav Universitetinin rektoru Adam Ezerski tədbiri giriş sözü ilə açmışdır. Daha sonra azərbaycanlı tələbələrdən Fərhad Həmidov çıxış etmiş, ardınca Gülşən Bayramlı, Fidan Abdullayeva canlı oxumuş, Riccardo Zingardo adlı italiyalı və Evangelos Pappas adlı yunan tələbə musiqi alətlərində azərbaycan musiqi nümunələrindən parçalar ifa etmişlər. Tədbirdə çıxış edən səfir Həsən Həsənov Cumhuriyyətimizin yaranma tarixindən, mövcud olduğu qısa dövr ərzində keçdiyi inkişaf yolundan danışaraq o dövr ərzində əldə edilmiş nailiyyətlər barəsində tədbir iştirakçılarını məlumatlandırdı. Səfir cıxışın sonunda iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin ölkə başçılarımız – Prezident İlham Əliyev və Prezident Andjey Duda arasında olan səmimi işğüzar və dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulamışdır.Çıxışdan sonra tədbirdə iştirak edən Vrotslav Universitetinin rəhbər heyətinə və fəal tələbələrə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə xatirə nişanları təqdim olunmuşdur. Tədbir geniş proqramla davam etmişdir.

Donbrova Qorniça

Cari ilin 23 may tarixində Dabrova Qorniça Ali Biznes Məktəbində Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Dabrova Qorniça Ali Biznes Məktəbində keçirilmiş tədbirdə rektor Zdislava Dacko- Pikievicz çıxış etmiş və Salamon Kunli adlı keniyalı tələbənin saksafonda Azərbaycan himnini ifa etməsi ilə tədbir başlamışdır. Daha sonra Azərbaycanlı tələbələr - Tofiq Sadıqov, Aygün Allahverdiyeva, Ümid Vəlizadə, Tural Əkbərzadə və Rəşad Süleymanov çıxış etmişlər. Yasin Həsənov tədbirdə canlı oxumuşdur. Tədbirdə çıxış edən səfir Həsən Həsənov Cumhuriyyətimizin yaranma tarixindən, mövcud olduğu qısa dövr ərzində keçdiyi inkişaf yolundan danışaraq o dövr ərzində əldə edilmiş nailiyyətlər barəsində tədbir iştirakçılarını məlumatlandırdı. Səfir cıxışın sonunda iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin ölkə başçılarımız – Prezident İlham Əliyev və Prezident Andjey Duda arasında olan səmimi işğüzar və dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulamışdır.Çıxışdan sonra tədbirdə iştirak edən Dabrova Qorniça Ali Biznes Məktəbinin rəhbər heyətinə və fəal tələbələrə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə xatirə nişanları təqdim olunmuşdur. Sözü gedən təhsil müəssisəsində Azərbaycanla bağlı sərgi təşkil edilmişdir. Səfir Həsən Həsənov tədbirdə yerli televiziyaların birinə müsahibə vermişdir.

 

Radom

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı Polşa ərazisində silsilə tədbirlər keçirilməkdə davam edir. Növbəti tədbir cari ilin 05 iyun tarixində Polşanın Radom şəhərində yerləşən Ali Kommersiya Məktəbində keçirilmişdir. Tədbirdə Radom Ali Kommersiya Məktəbinin rəhbər heyəti, tələbələri və Radomda yaşayan azərbaycanlı tələbələr iştirak etmişlər.Tədbirdə çıxış edən səfir Həsən Həsənov Cumhuriyyətimizin yaranma tarixindən, mövcud olduğu qısa dövr ərzində keçdiyi inkişaf yolundan danışaraq o dövr ərzində əldə edilmiş nailiyyətlər barəsində tədbir iştirakçılarını məlumatlandırdı. Səfir cıxışında iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin ölkə başçılarımız – Prezident İlham Əliyev və Prezident Andjey Duda arasında olan səmimi işğüzar və dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulamışdır. Çıxışdan sonra tədbirdə iştirak edən Radom Ali Kommersiya Məktəbinin rəhbər heyətinə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə xatirə nişanları təqdim olunmuşdur. 
Tədbir tələbələrin çıxışları ilə davam etmişdir.

 

Arxiv üzrə axtarış