2018-07-03

Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifov Varşavaya səfər etmişdir.

Bankının təşkilatçılığı ilə növbəti iclas (Constituency meeting) keçirilmişdir.

İclasda Azərbaycan tərəfini Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov habelə, Maliyyə Nazirliyinin Beynəlxalq Valyuta Fonduna ezam edilmiş nümayəndəsi və Azərbaycan Mərkəzi Bankından nümayəndə təmsil etmişdir. Səfir Həsən Həsənov iclaslarda iştirak etmişdir.

İclas iki paneldən və bir seçicilərin iclasından (Constituency meeting) ibarət təşkil edilmişdir.

Panellərin ardınca Seçicilərin qapalı iclası keçirilmişdir. İclasda nazir Samir Şərifov çıxış etmişdir.

Səfər zamanı, Maliyyə naziri Samir Şərifov və Azərbaycandan gəlmiş digər nümayəndələr səfir Həsən Həsənovla birgə Varşavadakı Yuzef Polinski adına parkda ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət ediblər. Abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılmışdır. Maliyyə naziri Samir Şərifov abidə önünə gül dəstəsi qoymuşdur. Daha sonra maliyyə naziri Samir Şərifov və digər nümayəndələr Azərbaycan Respublikasının Polşadakı Səfirliyinə baş çəkmiş, səfirliklə tanış olmuşlar.

Arxiv üzrə axtarış