2018-10-02

Cari ilin 2 oktyabr tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov bu ölkənin xarici işlər nazirinin müavini Bartoş Çixotski ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Polşa arasında siyasi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

Görüşün sonunda B.Çixotskiyə Azərbaycan Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşov və Polşa Respublikasının Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilmiş xatirə nişanını təqdim edilmişdir.

Arxiv üzrə axtarış