2018-12-26

Səfirlikdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilmişdir.

Cari ilin 21 dekabr tarixində Səfirliyin binasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Polşada yaşayan Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələr habelə səfirliyin əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan səfirliyin müşaviri Mehriban Səmədova Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbirdə iştirak edən soydaşlarımızı təbrik etmişdir. Daha sonra bu günün əhəmiyyətindən danışaraq ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz fəaliyyətindən, məhz onun təşəbbüsü ilə 1991-ci ilin 31 dekabr tarixində bu günün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi təşəbbüsündən söz açmışdır. Daha sonra qeyd edilmişdir ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Çıxışdan sonra tədbirdə iştirak edən soydaşlarımıza Səfirlik tərəfindən təşkil edilmiş Azərbaycan mətbəxinin nümunələrindən ibarət süfrəyə dəvət edildilər.

Arxiv üzrə axtarış